Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3107/2021 07.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X6 oğlunun iclas kаtibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh X1 qarşı “cərimə məbləğinin silinməsi “ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz hesablanmış 360 manat məbləğində cərimənin silinməsi və sayğacın yenisi ilə əvəz edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mяhkяmя иclasыnda iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı Bərdə rayon Qaradağlı kəndində yerləşən icarəyə götürdüyü qeyri yaşayış binasında çörək sexi işlədir. Cavabdeh Azəriqaz İstehsalat Birliyi tərəfindən ona hesablanmış cərimə istifadəsində (icarəsində) olan çörək sexinə yazılmışdır,buna görə də İddiaçı hazırkı tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh X1 qarşı “cərimə məbləğinin silinməsi “ tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26, 44, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı “cərimə məbləğinin silinməsi “ tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. .
Məhkəmə qərarları › İş №2(021)-3107/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3107/2021
07.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver