Məhkəmə qərarları › İş №2(021)-3108/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3108/2021

13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3108/2021 13.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X10 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair JN 0002 KOD 61019018 saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli qərarı əsasında ona və ailə üzvlərinə Bərdə rayonu Xanərəb kəndində 3,23 ha torpaq sahəsi və həmin torpağa mülkiyyət hüququna dair JN 0002, KOD 61019018 saylı dövlət aktı verilmişdir. Həmin dövlət aktının soyad və ad qrafasında texniki səhv olaraq “Nəcəfova Şükufə” kimi qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 0002, KOD 61019018 saylı dövlət aktında müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Həmin sənəddə uyğunsuzluğu başqa cür həll edə bilmir. Hazırda həmin torpaq sahəsinə mülkiyyət sənədi əldə etmək istəyir. Lakin sənəddə uyğunsuzluq olduğundan bu mümkün olmamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN 0002, KOD 61019018 dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X5 göstərmişlər ki, ərizəçi qohumlarıdır. Ərizəçinin adına verilmiş Dövlət aktında Ərizəçi soyadı, adı və ata adı texniki səhv olaraq X1 qeyd olunmuşdur. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0002 saylı KOD 61019018 olan Dövlət aktından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən Bərdə rayonu Xanərəb kənd sakinləri X9, X2, X7 və X11 mülkiyyətinə 3,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 mart 2008-ci il tarixli AZ-İ 247026 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 25 fevral 2008-ci ildə ölmüşdür. İş materiallarında olan 21 mart 1975-ci il tarixli İİİ-ЖГ 386178 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 05 fevral 1950-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X4, ana qrafasında anası kimi X8 qeyd edilmişdir. İş materiallarında olan 01 yanvar 1979-cu il tarixli AЗ 141623 saylı evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 ilə Ərizəçi 10 yanvar 1970ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Mehtiyeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 375 saylı 01 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Dövlət aktında yazılmış X6 ilə Ərizəçi hər ikisi eyni adamdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********90 nömrəli 30 avqust 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-0002 saylı dövlət aktında soyadı, adı və ata adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0002 KOD 61019018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X2 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0002 KOD 61019018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X2 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0002 KOD 61019018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar