Məhkəmə qərarları › İş №2(021)-3109/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3109/2021

01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3109/2021 01.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi Ərizəçi qızının maraqlı şəxs Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi qızı Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 22 avqust 2015-ci il tarixdə Bərdə rayonunda anadan olmuş Ələkbərli Sevinc Azər qızının doğum faktının müəyyən edilməsinə, atasının X11 oğlu, anasının Ərizəçi qızı olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 oğlu ilə 2010-cu ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 22 avqust 2015-ci il tarixdə Bərdə rayonunda anadan olmuş Ələkbərli Sevinc Azər qızı adlı bir uşaqları anadan olmuşdur. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi qızı ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 oğlu 20.02.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Mərkəzi Xəstəxanası tərəfindən veriliş Ultrasəs Müayinəsi vərəqələrindən görünür ki, X1 29.04.2015-ci il tarixdə 21-22 həftəlik, 26.05.2015-ci il tarixdə 25-26 həftəlik, 16.06.2015-ci il tarixdə 28-29 həftəlik hamilə olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Dəyişmə vərəqindən görünür ki, X5 22.08.2015-cı il tarixə qız uşağı dünyaya gətirmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanasının İSX (ASM) Şöbəsi tərəfindən verilmiş Tibbi Arayışda qeyd olunur ki, 23.08.2015-cı il təvəllüdlü Aslanlı ........ Könlü qızına ”sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon X3 tərəfindən verilmiş 907 saylı 03.09.2021-ci il tarixli Arayışdan qeyd olunur ki, Ərizəçi deməsinə görə X11 oğlu və Ərizəçi birgə yaşayış dövründə dünyaya gəlmiş 23.08.2015-cı il təvəllüdlü Aslanlı........ Könül qızı Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində Həkim Pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Xəzəngül Kərimovanın övladı Həkim Pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ №232205 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X11 oğlu 09.01.2012-ci il tarixdə Ərizəçi doğulmuş X6 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 03.09.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən X11 oğlu ərizə təqdim edərək bildirdi ki, Ərizəçi qızı ilə 2010-cu il el adəti ilə ailə qurmuşlar. Onların birgə yaşayış dövründə 22 avqust 2015-ci il tarixdə Ələkbərli Sevinc Azər adlı uşaqları anadan olmuşdur. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə almamışlar. Uşağın atası həqiqqətən özüdür. Ərizəsinin nəzərə alınmasını xahiş etdi. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi Ərizəçi qızı ilə X11 oğlu qeyri- rəsmi olaraq ailə qurmuşlar. Onların birgə yaşayış dövründə 22 avqust 2015-ci il tarixdə Sevinc adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ələkbərli Sevinc Azər qızı 23 avqust 2015-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X2, anası Ərizəçi qızıdır. Ələkbərli Sevinc Azər qızının doğum tarixinin 23 avqust 2015-ci il, doğum yerinin Bərdə rayonu olması faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi qızına aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ələkbərli Sevinc Azər qızının doğum tarixinin 22 avqust 2015-ci il, doğum yerinin Bərdə rayonu faktı müəyyən edilsin. Ələkbərli Sevinc Azər qızının doğum haqqında şəhadətnamədə atası X11 oğlu, anasının Ərizəçi qızı olması qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar