Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3113/2021 12.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 02 sentyabr 2019-cu il tarixdə Bərdə şəhərində anadan olmuş X3 doğum faktının müəyyən olunmasına, atası X4, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 ilə 2018-ci ilin dekabr ayında qeyri-rəsmi ailə qurub evlənmişlər. Nikahlarını 01 fevral 2021-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə yaşayış dövründən 1 (bir) övladları anadan olmuşdur. Lakin onlar başa düşmədiklərindən 02 sentaybr 2019-cu il tarixdə Bərdə səhərində anadan olmuş X5 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istiyirlər. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər. Orda isə onlara bildirmişlər ki, məhkəməyə müraciət etməlidirlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X9, X7, X6 Ərizəçi və X1 2018-ci ildə ailə qurduqlarını, onların birgə nikahlarından 02 sentyabr 2019-cu ildə bir övladları doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından uşaqlarına doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X13 906 saylı 06 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X4 və Ərizəçi birgə yaşayış dövründən dünyaya 02.09.2019-cu il təvəllüdlü Hacıyeva....Mirvari qızı İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatır tərəfindən müayinədən keçirilmiş və praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X13 2630 saylı 06 sentyabr 2021-ci il tarixli tibbi arayışından müəyyən olunur ki, Ərizəçi 02 sentyabr 2019-cu ildə anadan olmuş qızı uşağı Hacıyeva .... Mirvari qızı hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 587-05/15 nömrəli 04.09.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 02 sentyabr 2019-cu ildə qız övladı anadan olmuşdur. Ərizəçi ərizəsində uşağın adının Gülay olduğunu qeyd etsə də “Bərdə rayon Mərkəzi Xəstəxanası” X13 məktubdan müəyyən olunur ki, 02 sentyabr 2019cu ildə anadan olmuş uşağın adı yoxdur. Bundan başqa ərizəçi ərizəsində 02 sentyabr 2019-cu ildə anadan olmuş qızının atasının X4, anasının Ərizəçi olması faktının müəyyən edilməsini xahiş etsə də qeyd olunan faktın müəyyən olunması üçün məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Uşağın atasının doğrudan da X4 olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 02 sentyabr 2019-cu ildə Bərdə şəhərində anadan olmuş qız uşağının anadan olması faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi 02 sentyabr 2019-cu ildə Bərdə şəhərində qız uşağı doğması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə qismən təmin edilisin. Ərizəçi 02 sentyabr 2019-cu ildə Bərdə şəhərində qız uşağı doğması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3113/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3113/2021
12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver