Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3137/2021 04.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X12 katibliyi Ərizəçilər Ərizəçi1 Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu X5 05 iyul 2005-ci il tarixli 03 saylı qərarı ilə onlara Bərdə rayon Əmirli kəndində verilmiş 1.89 ha torpaq sahəsinə verilmiş JN-0470 KOD-61000108 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 03 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayon Əmirli kəndində yerləşən 1.89 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-470 KOD-61000108 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların adınadır. Ancaq, həmin sənəddə onların adlarında səhflik baş vermişdir. Onların düzəliş olunmasını istəyirlər. Dövlət aktında adlarında səhvlik olması onlara bir sıra çətinliklər yaradır. Belə ki, onun adı Nuriyeva ( Kazımova) Sevgül Nəbi qızı olduğu halda adını səhvən X6, adı Ərizəçi2 olduğu halda adını səhvən X14, adı Ərizəçi3 olduğu halda adını səhvən X1 qeyd edilib. Onların adlarının JN- 0470 KOD-61000108 saylı dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Lakin hal-hazırda JN-0470 KOD-61000108 saylı dövlət aktında adlarının düzgün qeyd edilməsini istəyirlər, çünki, bu onlara bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi (vəkili) Nümayəndə ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X13 göstərmişlər ki, ərizəçilər qohumlarıdır. Ərizəçilərin adına verilmiş Dövlət aktında Ərizəçi1 adı səhvən X6, Ərizəçi2 adı səhvən X14, Ərizəçi3 adı səhvən X1 qeyd edilmişdir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0470 saylı KOD 61000108 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 03 nömrəli qərarına əsasən Bərdə rayonu Əmirli kənd sakinləri X21, X2, X7, X3, X4 mülkiyyətinə 1,89 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 03.2021ci il tarixli arayışdan müəyyən olunur ki, X28 23.06.2000-ci ildə ölmüşdür. İş materiallarında olan 12 sentyabr 1963-cü il tarixli АЗ 464780 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 18 avqust 1963-cü ildə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon Əmirli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 22 mart 1993-cü il tarixli XVİİİ-ЖГ 326731 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1993-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X28, ana qrafasında anası kimi X16 qeyd edilmişdir. İş materiallarında olan 24 dekabr 1985-ci il tarixli Xİ-ЖГ 352571 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1985-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X28, ana qrafasında anası kimi X11r. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X28 ilə X17 21 dekabr 1982-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Kazımova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 95 saylı 19 mart 2021-ci il tarixli arayışından müəyyən olunur ki, JN 0470 KOD ******* nömrəli Dövlət aktında səhvən X6, kazımova Əlisahib Rza oğlu və X1 qeyd edilmişdir. Əslində isə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 kimi oxunmalıdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 724 saylı 01.11.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi1 və ailə üzvlərinə verilmiş JN-470 KOD 61000108 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında onların adları səhvən X6, X14, X1 yazılmışdır. Onların ailəsində və ərazidə belə adda adamlar qeydə alınmamışdır. Əslində onların adları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 kimi oxunmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********42 nömrəli 05 mart 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi3 nümayəndəsi X8 JN-0470 saylı şəhadətnamədə ərizəçilərin adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0470 KOD 61000108 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X21, X2, X7, X3 və X4 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0470 KOD 61000108 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X21, X2, X7, X3 və X4 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0470 KOD 61000108 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-3137/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3137/2021
04.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver