Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3199/2021 21.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1in Bərdə filialına və Cavabdeh1in Baş ofisinə qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində cavabdeh Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən Cavabdeh1in Bərdə filialından 1200 manat dəyərində almış olduğu 1 ədəd Noutbuq kompüter üçün ödədiyi 200 manat pulun geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək İddiaçı Cavabdeh1 MMC-yə qarşı 200 manat pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki işi ərazi aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X2 ərizəsini onunla əsaslandırmışdır ki, icraatınızda iddiaçı X3 Cavabdeh1 MMC-yə qarşı 200 AZN pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki iş vardır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsində göstərilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məlumat üçün bildirir ki, Cavabdeh1 MMC ünvan 1 ünvanında qeydə alınmışdır. Bu səbəbdən sözügedən mülki iş Nərimanov Rayon Məhkəməsinə verilməlidir. Məhkəmə iclasında İddiaçı vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 MMC məhkəməyə ərizə göndərərək məhkəmə iclasında səlahiyyətli nümayəndənin gəlmə imkanı məhdud olduğundan işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin vəsatətini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Bu Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. İddiaçı iddia ərizəsində Cavabdeh1 MMC-nin Bərdə filialını cavabdeh kimi qeyd etsə də məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin Bərdə filialı hüquqi şəxsin filialı olduğundan və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxs olmadığından və cavabdehliyi hüquqi şəxs Cavabdeh1 MMC daşıdığından, həmçinin cavabdeh Cavabdeh1 MMC ünvan 1 ünvanında qeydiyyatda alındığından mülki iş Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 35.1, 45, 263- 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A L D İ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1in Bərdə filialına və Cavabdeh1in Baş ofisinə qarşı pul tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3199/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3199/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver