Məhkəmə qərarları › İş №2(021)-3242/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3242/2021

13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3242/2021 13.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçilər Ərizəçi2 və Qurbanov Fəqan Əbülfət oğlunun iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Qurbanov Fəqan Əbülfət oğlunun doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək X2 19 sentyabr 2011-ci ildə Bərdə şəhərində doğulması, atası Qurbanov Fəqan Əbülfət oğlu, anası isə Ərizəçi2 Kəramət qızının olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi2 və Qurbanov Fəqan Əbülfət oğlu ərizəsini onunla əsaslandırmışdır ki, onlar 2007-ci ildə fsktiki nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahından 2 uşaqları anadan olmuşdur. 27 aprel 2008-ci ildə anadan olmuş azyaşlı Aqşinə doğum haqqında şəhadətnamə almışlar, digər uşaqlarına azyaşlı Ələkbərin isə doğumunu qeydə aldırmamışlar. Hazırda azyaşlı Ələkbərə doğum haqqında şəhadətnamə almaq istyəyirlər. Onlar uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, oradan isə bildiriblər ki, məhkəməyə müraciət etsinlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X3 bildirmişdir ki, ərizəçi Aygün və Fəqanla qonşudurlar, onların iki uşağı var, uşağın birinə doğum haqqında şəhadətanmə alıblar, kiçik uşaqları Ələkbərə isə doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə iclasında şahid X7 şahid Qurbanov Dilqəm Allahverdi oğlunun izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi1 oğlu xx xxxx 1981-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Mirzəcəfərli kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Hüseynova Aygün Kəramət qızı 04 avqust 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİİ 614878 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qurbanov Aqşin Fəqan oğlu 27 avqprel 2008-ci ildə doğulmuşdur, atası Qurbanov Fəqan Əbülfət oğlu, anası Hüseynova Aygün Kəramət qızıdır. İş materiallarında olan AZ-İ 284941 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin ssurətindən müəyyən olunur ki, 27 aprel 2008-ci il təvəllüdlü Ərizəçi1 Əbülfət oğlu X15 oğlunun atası hesab edilmişdir. İş materiallarında olan Bərdə rayonu Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 502 nömrəli, 14 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 Əbülfət oğlu Bərdə rayonu, Mirzəcəfərli kəndində yaşayır. İş materiallarında olan tibbi arayışdan müəyyən olunur ki, Ərizəçi2 19 sentyabr 2011-ci il tarixdə oğlan uşağı doğmuşdur, hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan İlkin Səhiyyə Xidməti tərəfindən verilmiş 919 nömrəli, 10 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 deməsinə görə Qurbanov Fəqan Əbülfət oğlu və Ərizəçi2 Kəramət qızının birgə yaşayış dövründən dünyaya gələn 19 sentyabr 2011-ci il təvəllüdlü Hüseynov -----------Aygün oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində Həkim pediatr tərəfindən qeydiyyata götürülüb, Ərizəçi2 övladı həkim pediatr tərəfindən müayinə olundu və praktiki sağlam olması təsdiq olundu. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli 605-05/15 saylı məktubdan müəyyən olunur ki, Ərizəçi2 doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məsləhətə görülmşüdüşr İş materiallarında olan AZE 13199102 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Qurbanov Dilqəm Allahverdi oğlu 10 iyul 1978-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Mirzəcəfərli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08469653 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İsmayılov Dəmir Bəhmən oğlu 15 aprel 1973-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Mirzəcəfərli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, ərizəçilər Ərizəçi1 Əbülfət oğlu ilə, Ərizəçi2 19 sentyabr 2011-ci ildə Bərdə şəhərində bir oğlan uşaqlarının olması faktı təsdiq edilməlidir. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 19 sentyabr 2011-ci ildə Bərdə şəhərində bir oğlan uşağının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında Qurbaznov Fəqan Əbülfət oğlu, ana qrafasında Ərizəçi2 Kəramət qızı yazılsın. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar