Məhkəmə qərarları › İş №2(021)-3258/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3258/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3258/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X28 oğlunun, Ərizəçi İsi qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi İsi qızı ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair KOD 61005058, JN 0087 saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qocayev Allahverən Həbilağa oğlunun adına verilmiş Azərbaycan Redspublikası Torpağa Mülkiyyət Hüququna dair KOD 61005058, JN 0087 nömrəli Dövlət Aktı ilə Qocayev Allahverən Həbilağa oğlu, X12, Qocayev Sərxan Allahverən oğlu, X13 və ona yəni, Ərizəçi İsi qızına 1.71 ha pay torpaq sahəsi verilmişdir. X1 adına verilmiş Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair KOD 610050** JN ***7 nömrəli Dövlət Aktında onun adı səhvən Elnaz ata adı isə İsa qızı kimi qeyd edilmişdir. Halbu ki, onun adı Elminaz, ata adı isə İsidir. Bu yanlışlığın aradan qaldırılması və müvafiq düzəlişlərin edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, sənədlərdə səhvin düzəldilməsinin DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı izah edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 oğlu ifadəsində göstərdi ki, ərizəçinin qayınıdır. Ərizəçinin adı və ata adı onlara verilmiş dövlət aktında səhv yazılmışdır. Məhkəmə iclasında X13 şahid qismində dindirilərkən şahid Şahverdiyev Zakir Məhəmmədəli oğlunun ifadəsinə uyğun izahat verdi. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair KOD 61005058 JN -0087 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarına əsasən Bərdə rayonu Qaradağlı kənd sakini X3, X17, X5, X6 və Qocayev Elxan Allahverən oğlunun mülkiyyətinə 1.71 ha həyətyanı topaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********67 nömrəli 16 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN 0087 torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bərdə rayonu Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1075 nömrəli, 17 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi İsi qızı Bərdə rayonu, Qaradağlı kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 1076 nömrəli, 17 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında ərizəçinin adı Qocayeva Elnaz İsa qızı ilə şəxsiyyət vəsiqəsində qeyd edilmiş Qocayeva Elminaz isi qızı eyni şəxsdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Qocayeva Elminaz İsi qızı xx xxxxxxx 1965-ni Tərtər rayonunda anadan olmuş, Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 06 oktyabr 1965-ci ildə doğulmuş, atası X24, anası Mamaedova Qəndab Qulu qızıdır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Qocayeva Günel Allahverən qızı 29 iyun 1985-ci ildə doğulmuşdur. İş materiallarıda olan AZE 13206320 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 21 noyabr 1987-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 26 sentyabr 1961-ci ildə doğulmuşdur, Bakı şəhəri, D.Bünyatzadə küçəsi ev 173 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 14 sentyabr 1989-cu ildə doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0087 KOD-61005058 olan torpağaın mülkiyyət hüququnda dair dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X30 qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-0087 KOD-61005058 olan torpağın mülkiyyət hüququnda dair dövlət aktının Ərizəçi İsi qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X17 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-0087 KOD-61005058 olan torpağın mülkiyyət hüququnda dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar