Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3267/2021 16.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X3 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X10 18.02.1973-cü ildə ölməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 05 fevral 1947-ci ildə anadan olmuşdur. X5, anası X2r. X5 18.02.1973-cü ildə, anası X6 isə 15.04.1964-cü ildə vəfat etmişlər. Anası Bərdə rayonu, Qəhrəmanlı kənd qəbristanlığında, atası isə Bərdə rayonu, Şorəlli kənd qəbristanlığında dəfn edilmişlər. Ancaq həmin vaxt başı yas mərasiminə qarışdığı üçün və savadsız olduğundan X5na ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Ölümün qeydə alınması ilə əlaqədar Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alındığı bildirilmiş, Qeydiyyat Şöbəsində ərizəsinin təmin edilməsinin mümkün olmadınını nəzərə alıb məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Hazırda valideynlərindən miras qalmış əmlakı qəbul edə bilmir. Dövlət Notariat Konturunda valideynlərinin ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Odur ki, X5nun 18.02.1973-cü ildə ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsinə ehtiyacı vardır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X8, X26 və X14 Ərizəçi atası X10 18 fevral 1973-cü ildə vəfat etdiyini, və Bərdə rayonu Şorəlli kənd qəbristanlığında dəfn edildiyini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X12 05 fevral 1947-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X15, ana qrafasında anası kimi Burcualıyeva Firəngiz dadaş qızı qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli nikah akt qeydindən çıxarışdan müəyyən olunur ki, X15 ilə X9 21 aprel 1998-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan Bərdə rayon Dövlət arxivinin 49 saylı 18 mart 2020-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, rayon Dövlət Arxivində 70 saylı fondda mühafizə olunan Bərdə rayon sabiq Mehdixanlı kənd Sovetliyinin Qəhrəmanlı kəndi üzrə 8,12,13 saylı təsərrüfatbaşına kitabın 1954-1956, 1963-1965-ci illərə aid 308, 397, 435 saylı şəxsi hesabına əsasən vətəndaş, mərhumə X4 ailə başçısı olduğu, qızı X17, X21 olduğu qeyd olunub. 1964-1965-ci illərdə təsərrüfatda olan torpağın 0,09 ha olduğu qeyd olunub. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1060 saylı 13 sentyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi atası mərhum X1 rayonu Şorəlli kənd qəbristanlığında dəfn edilmişdir. Hal-hazırda onun məzarı həmin qəbristanlıqdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X27 09 dekabr 2001-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu Həsənqaya kənd icra nümayəndəliyi tərəfindən verilmiş 05 oktyabr 1996-cı il tarixli İV-ЖГ 466057 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 05 oktyabr 1996-cı ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2003-cü il tarixli AZ-İ 044437 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X33 15.06.2003-cü ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2016-cı il tarixli AZ-İ 735589 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 01.03.2016-cı ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X22 19.04.1990-cı ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X23, ana qrafasında anası kimi X27 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 693 saylı 12 noyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, mərhumə X4 qəbri Qəhrəmanlı kənd qəbristanlığındadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1191 saylı 25 oktyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, mərhum X33 15.06.2003-cü ildə Bərdə rayon Şorəlli kəndində vəfat etmişdir və Şorəlli kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1192 saylı 25 oktyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, mərhum X7 01.03.2016-cı ildə Bərdə rayon Şorəlli kəndində vəfat etmişdir və Şorəlli kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X10 baş daşı üzərində ölüm tarixi 18 fevral 1973-cü il qeyd edilmişdir. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 600-05/15 nömrəli 07 sentyabr 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi atasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X10 18 fevral 1973-cü il tarixdə ölməsi faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X10 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə atasına ölüm haqqında şəhadətnamənin alınması və valideyinlərindən miras qalmış əmlakı qəbul etməsi üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilisin. Ərizəçi atası X10 18 fevral 1973-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3267/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3267/2021
16.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver