Məhkəmə qərarları › İş №2(021)-3280/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3280/2021

16.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3280/2021 16.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Ərizəçi Ərizəçi Maraqlı şəxs X4 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 06 avqust 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X3 doğum faktının müəyyən olunmasına, atası X9, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X9 ilə 24 iyun 2016-cı tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Onların birgə nikah dövründən 1 (bir ) övladları anadan olmuşdur. Lakin onlar baş qarışıqlığından 06 avqust 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X5 doğum haqqında şəadətnamə ala bilməmişlər. Hal-hazırda onlar övladlarına doğum haqqında şəhadətnamə almaq istiyirlər. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orda isə onlara bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X9 göstərmişdir ki, 2016-cı ilin iyun ayında ərizəçi ilə evlənmiş, birgə yaşadıqları müddətdə 06 avqust 2021-ci ildə oğlan uşaqları doğulmuşdur. Uşaq ev şəraitində doğulmuş, həmin vaxt bilməyərəkdən uşağa doğum haqqında şəhadətnamə almamışlar. Ərizəçi ilə birgə nikahlarından 06 avqust 2021-ci ildə anadan olmuş oğlan uşağının atası olmasını təsdiq edir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X2 və X10 Ərizəçi və X6 2016-cı ildə ailə qurduqlarını, onların birgə nikahlarından 06 avqust 2021-ci il tarixdə oğlan uşaqlarının doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından 06 avqust 2021-ci il tarixdə anadan olmuş oğlan uşaqlarına doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 iyun 2016-cı il tarixdə verilmiş AZ-İİ 126361 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X9 və X8 24 iyun 2016-cı ildə 555 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Aqili soyadı verilmişdir. İş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 04.09.2021-ci il tarixli 904 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X9 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 06.08.2021-ci il təvəllüdlü Aqili .... Əsəd oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinə olundu və praktiki sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 589-05/15 nömrəli 06 sentyabr 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 06 avqust 2021-ci ildə oğlan övladı anadan olmuşdur. Tərəflər arasında nikah olmuş və maraqlı şəxs X9 məhkəməyə ərizə verərək Ərizəçi ilə birgə nikahlarından 06 avqust 2021-ci ildə anadan olmuş oğlan uşağının atası olmasını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 06 avqust 2021-ci ildə Bərdə şəhərində anadan olmuş oğlan uşağının anadan olması, atasının X9, anasının Ərizəçi olması faktı ərizəçinin, maraqlı şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi 06 avqust 2021-ci ildə Bərdə şəhərində oğlan uşağı doğması, atasının X9, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 06 avqust 2021-ci ildə Bərdə şəhərində oğlan uşağı doğması, atasının X9, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar