Məhkəmə qərarları › İş №2(021)-3285/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3285/2021

19.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3285/2021 19.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Nəriman oğlunun Cavabdeh qarşı “Pay torpaq sahəsindən çıxarılma və torpağımın istifadəmə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nəriman oğlu iddia ərizəsi ilə məhkəmədə Cavabdeh qarşı “Pay torpaq sahəsindən çıxarılma və torpağımın istifadəmə qaytarılması” tələbinə dair iddia qaldıraraq cavabdehin ona məxsus Bərdə rayonu, Gərənə kənində yerləşən 0,39 ha pay torpaq sahəsində çıxarılması və onun istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sənədləri tətqiq edən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizədən görünür ki, İddiaçı Nəriman oğlunun nümayəndəsi X3 tərəfindən imzalanmışdır. Ərizəyə əlavə edilmiş Bərdə regional “ASAN xidmət” mərkəzi tərəfindən 13.07.2019-cu il tarixli AR-İ 829094 №-li etibarnamənin surətindən görünür ki, İddiaçı Nəriman oğlunun adından X2 etibarnamə verilsədə həmin etibarnamədə etibar edilən şəxs E.X.Zeynalovun etibar edən şəxs İddiaçı adından məhkəmədə çıxış etmək və (iddianın) ərizənin imzalamaq səlahiyyətinin olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-cü maddəsində göstərilir ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 22912-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Nəriman oğlunun Cavabdeh qarşı “Pay torpaq sahəsindən çıxarılma və torpağımın istifadəmə qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar