Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3286/2021 17.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X18 katibliyi Ərizəçi Ərizəçi Maraqlı şəxs və maraqlı şəxs X12 nümayəndəsi X13 Maraqlı şəxslər X2 X5 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon X7 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı əsasında verilmiş JN 202 KOD 61023038 saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli qərarı əsasında ona və ailə üzvlərinə Bərdə rayonu Uğurbəyli kəndində 1,21 ha torpaq sahəsi verilmiş və həmin torpağa mülkiyyət hüququna dair JN 202, KOD 61023038 saylı dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun adı texniki səhv olaraq “Natiq” kimi qeyd olunmuşdur. Ancaq ona məxsus şəxsiyyət vəsiqəsində müvafiq olaraq soyad, ad və ata adı qrafasında “Ərizəçi” kimi qeyd olunmuşdur. Bütün sənədlərdə soyad, ad və ata adı “Ərizəçi” “kimi qeyd edilsə də, Torpağın Mülkiyyətə verilməsinə dair JN 202, KOD 61023038 saylı Şəhadtnamədə adı “Natiq” kimi qeyd edilmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair JN 202, KOD 61023038 saylı dövlət aktında müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Həmin dövlət aktında ad qrafasında uyğunsuzluğu başqa cür həll edə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər X20, X14, X1 rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli qərarı əsasında onlara Bərdə rayonu Uğurbəyli kəndində 1,21 ha torpaq sahəsi verildiyini, həmin torpağa mülkiyyət hüququna dair JN 202, KOD 61023038 saylı dövlət aktı aldıqlarını, həmin dövlət aktında Ərizəçi adı texniki səhv olaraq “Natiq” kimi qeyd olunduğunu qeyd edərək ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxsləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-202 saylı KOD 61023038 olan Dövlət aktından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Bərdə rayonu Uğurbəyli kənd sakinləri X8, X3, X9, X4, X10 mülkiyyətinə 1,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 214 saylı 29 oktyabr 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Rayon Dövlət Arxində 80 sayılı fondda mühafizə olunan Bərdə rayon Şirvanlı inzibati Ərazi Dairəsinin Uğurbəyli kəndi üzrə 10 saylı Təsərrüfatbaşına kitabın 2006-2010-cu illər üzrə 361 sayılı şəxsi hesabının sıra sayı 13-də vətəndaş - X8 ailə başçısı olduğu: həyat yoldaşı - X14, oğlu - X21, qızı - X15, oğlu -Ərizəçi olduğu qeyd olunub. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 28 sentyabr 1993-cü il tarixli XVİİ-ЖГ 403918 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1993-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X20, ana qrafasında anası kimi X14 qeyd edilmişdir. İş materiallarında olan A 370304 saylı attestat surətindən müəyyən olunur ki, Ərizəçi 2014-cü ildə Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta təhsili bitirmişdir. İş materiallarında olan Bərdə rayon Şirvanlı kənd sovetliyi tərəfindən verilmiş 10 iyul 1991-ci il tarixli XV- ЖГ 432756 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 09.07.1991-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X20, ana qrafasında anası kimi X14 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 oktyabr 2011-ci il tarixli AZ-İ 716570 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 ilə X15 28 oktyabr 2011-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********63 nömrəli 24 avqust 2020-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-202 saylı dövlət aktında adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-202 KOD 61023038 saylı Dövlət aktının X16, X6, X17, X11 Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X8, X3, X9, X4 və X10 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-202 KOD 61023038 saylı Dövlət aktının X16, X6, X17, X11 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X8, X3, X9, X4 və X10 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-202 KOD 61023038 saylı Dövlət aktının X16, X6, X17, X11 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-3286/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3286/2021
17.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver