Məhkəmə qərarları › İş №2(021)-3330/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3330/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3330/2021 17.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC məhkəməyə ərizəsi ilə müraciət edərək borclularla BOKT "xxxx" MMC arasında bağlanmış 01.11.2019-cu il tarixli, 0049360-F saylı kredit müqaviləsinə xitam verilməsinə və yaranmış qalıq kredit borcu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas kredit üzrə 4710,01 manat və faiz borcu üzrə 81,48 manat olmaqla cəmi 4791,49 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə verərək iddia ərizəsində uyğunsuzluq olduğundan iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan gəlməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının nümayəndəsinin ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar