Məhkəmə qərarları › İş №2(021)-3333/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3333/2021

27.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3333/2021 27.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Qayıbov (Cəmilov) Eldəniz Əlövsət oğlu, Qayıbov (Cəmilov) Xalid Əlövsət oğlu, İddiaçı6 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Qayıbov (Cəmilov) Eldəniz Əlövsət oğlu, Qayıbov(Cəmilov)Xalid Əlövsət oğlu, İddiaçı6 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onlara məxsus olan JN0078KOD61011038 dövlət aktı ilə onlara verilmiş 2,45 hektar pay torpaq sahəsindən çıxarılmalarına və torpağın onlara tanıdılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra) 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən isə müəyyən edilir ki, iddiaçı bir-biri ilə heç bir əlaqəsi olmayan şəxslərə qarşı iddia qaldırmışdır Bundan başqa işdən görünür ki, iddiaçılar cavabdehlərin onlara məxsus 2,45 ha torpaq torpaq sahəsinin onlara tanıdılmasını xahiş etmişdir. Məhkəmə həmin tələblə bağlı qeyd edir ki, iddiaçı torpaq sahəsinin tanıdılması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinə müraciət etməli, torpaq sahəsi tanıdıldıqdan sonra onun hansısa hissəsinin zəbt edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmalı, torpaq sahəsinin naturada tanıdılmasından imtina edildiyi halda isə qeyd olunan təşkilatın hərəkətləri barədə Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. Beləliklə məhkəmə hesab edir ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Qayıbov (Cəmilov) Eldəniz Əlövsət oğlu, Qayıbov (Cəmilov) Xalid Əlövsət oğlu, İddiaçı6 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar