Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3349/2021 27.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X1 maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum qeyd aktının bərpasına” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 “doğum qeyd aktının bərpasına” dair ərizə məhkəməyə ilə müraciət edərək qızı X6 02.05.2021-ci il tarixdə doğulması, atası X7, anası X4 olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. X2 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə MPM-nin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi ilk növbədə X5 doğum qeydə alınması üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etməli, həmin orqan tərəfindən doğum qeydə alınmasından imtina olunduğu halda məhkəməyə müraciət etməlidir. Hazırki işin materiallarından isə müəyyən edilri ki, ərizəçinin həmin məsələnin məhkəmədən kənar həlli üçün Qeydiyyat şöbəsinə müraciət etməsi barədə hər hansı sübut əlavə edilməmişdir. MPM-in 259.0.1-ci maddəsinin tələbinə görə,məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum qeyd aktının bərpasına” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3349/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3349/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver