Məhkəmə qərarları › İş №2(021)-3358/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3358/2021

27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3358/2021 27.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X21 oğlunun, Ərizəçi iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair KOD 610080** JN ***3 saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi xx xxxx 1974-cü ildə Bərdə rayonu, Dəymədağıldı kəndində anadan olmuşdur, hazırda Bərdə rayonu, Əliyanlı kəndində yaşayır, adı İlhamə, ata adı Məhi, soyadı Hüseynovadır. Bu ata adı ilə doğum haqqında şəhadətnamə şəxsiyyət vəsiqəsi də almışdır, həmçinin nikah haqqında şəhadətnamədə, atası Məhi Quliyevin keçmiş pasportunda, ata və anasının nikah haqqında şəhadətnamələrində, qardaş və bacılarının doğum haqqında şəhadətnamələrində ata adı “Məhi” yazılmışdır. Bütün bu sənədlərində ad, ata adı və soyadı Ərizəçi kimi qeyd olunmuşdur. Bərdə rayon Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli qərarı ilə əri Hüseynov Knyaz Murtuza oğlundan, qızı X1 və o, Ərizəçi ibarət ailə üzvülərinə Bərdə rayonu Əliyanlı kənddində yerləşən 0.60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Qərar əsasında DTXK-nin Bərdə rayon Şöbəsi tərəfindən onlara JN -003 nömrəli KOD 61008038 olan torpağın mülkiyyət hüququna dair Dövlət aktı verilmşdir. Lakin həmin Dövlət aktında Ərizəçi Məhi qızı olmasına baxmayaraq dövlət aktının ikinci vərəqəsində səhvən ata adı Mehti kimi göstərilmişdir və dövlət aktında adı, ata adı və soyadı Ərizəçi Mehti qızı kimi yazılmışdır. Hazırda onlar ailə üzvüləri həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində paylarını müəyyən etmək və hər birinin mülkiyyət hüququna dair çıxarış almaq istəyirlər. Ancaq torpağa mülkiyyət hüququna dair JN 0003 KOD 61008038 olan dövlət aktında ata adının düzgün qeyd edilməməsi onun üçün bir sıra çətinliklər yaradır və gələcəkdə də çətinliklər yaradacaqdır. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin 22 sentyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, sizə və ailə üzvlərinizə məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 0,60 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin verilməsi barədə torpağa mülkiyyət hüququna dair JN 0003 nömrəli, kod 61008038 kodlu Dövlət aktında Hüseynova İlhamə Məhi qızının hansı səbəbdən səhv olaraq Ərizəçi Mehti qızı kimi yazılması onlara məlum deyildir, həmin sənədin vətəndaşa məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvin düzəldilməsi 7 saylı Ərazi İdarəsinin səalhiyyətinə aid deyildir. O, qeyd edilən dövlət aktında adının başqa yola düzgün qeyd edilməsini əldə edə bilmir. Ona görə də torpağa mülkiyyət hüququna dair Dövlət aktında adının səhv yazılması nəticəsində onun hüquqları pozulmuşdur və məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi həyat yoldaşıdır, ərizəçinin soyadı ona verilmiş dövlət aktında səhv yazılmışdır. Məhkəmə iclasında X5 şahid qismində dindirilərkən izahatında göstərdi ki, ərizəçinin kürəkənidir, ərizəçi Hüseynova İlahmənin ata adı Məhidir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən X6, Ərizəçi Mehti qızının mülkiyyətinə Bərdə rayonu, Əliyanlı kəndində 0.60 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********00 nömrəli 22 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi 0003 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Kələntəli kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 1542 nömrəli, 24 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi qızı Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Kələntəli kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 1509 nömrəli, 21 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN 0003 KOD 61008038 olan dövlət aktında mülkiyyətçilərdən Ərizəçi ata adı yanlışlıqla Mehti yaşılmışdır, hər ikisi eyni adamdır. İş materiallarında olan AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1974-cü ildə Bərdə rayonu Dəymədağıldı kəndində doğulmuşdur, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan İİİ-JQ 254510 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 09 iyun 1974-cü ildə anadan olmuşdur, atası, Quliyev Məhi Qara oğlu, anası X11r. İş materiallarında olan Xİİ-JQ609796 nömrəli Sovet Sosialist Respublikasları ittifaqı vətəndaşının pasportunun surətindən müəyyən olunur Quliyev Məhi Qara oğlu 03 sentyabr 1939-cu ildə doğulmuşdur. İş materiallarında olan AZE 16174495 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X16 19 oktyabr 1972-ci ildə Bərdə rayonu Dəymədağlı kəndində doğulmuşdur, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatdadır. İş materiallarında olan İ-JQ 417367 nömrəli doğuum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 19 oktyabr 1972-ci ildə anadan olmuşdur, atası Quliyev Məhi Qara oğlu, anası X11r. İş materiallarında olan Vİ-JQ 331859 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Quliyeva Səmurə Məhi qızı 11 may 1970-cu ildə anadan olmuşdur, atası Quliyev Məhi Qara oğlu, anası Quliyeva Atlas Paşa qızıdır. İş materiallarında olan JN 0003 KOD ********* olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon, Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Bərdə rayonu, Əliyanlı kəndində Hüseynov Knyaz Murtuza oğlunun, Hüseynova İlhamə Mehti qızının, Hüseynova Mətanət Knyaz qızının mülkiyyətinə 0.60 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Vİ-JQ 303189 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Hüseynov Qnyaz Murtuza qızı ilə Quliyeva İlhamə Məhi qızı arasında nikah 05 may 1993-cü ildə 26 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan AZE 18513243 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məhərrəmov Nicat Əliyəddin oğlu 11 dekabr 1987-ci ildə Bərdə rayonu, Şorəlli kəndində doğulmuşdur, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15161250 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Hüseynov Qnyaz Murtuza oğlu 25 dekabr 1967-ci ildə Bərdə rayonu, Əliyanlı kəndində doğulmuşdur, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 0003, KOD-61008038 olan torpağaın mülkiyyət hüququnda dair dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Hüseynova İlhamə Mehti qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 0003, KOD-61008038 olan torpağın mülkiyyət hüququnda dair dövlət aktının Ərizəçi Məhi qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Hüseynova İlhamə Mehti qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 0003, KOD-61008038 torpağa mülkiyyət hüququnda dair dövlət aktının Ərizəçi Məhi qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar