Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3362/2021 03.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X47 oğlunun, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Soğanverdilər kəndi ünvanında yerləşən fərdi yaşayış torpağının qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 04 dekabr 1996-cı il tarixli “Şəhadətnamə” sənədinin Əsədov Nüsrəddin Miriş oğluna və X7 məxsus olması, övladlarının ata adının Nüsrət əvəzinə Nüsrəddin olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi oğlu ərizəni onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 04 noyabr 1996-cı il tarixli Şəhadətnamə sənədində onun adı yanlış olaraq Ərizəçi əvəzinə Ərizəçi qızı və övladı Əsədova Alimə Nüsrəddin qızı əvəzinə X1 yazılmış və övladlarının ata adı isə Nüsrət kimi səhv qeyd edilmişdir. Göstərilən nöqsanın aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, həmin nöqsanın aradan qaldırılması məhkəmənin səlahiyyətinə aiddir cavabı verilmişdir. Sənəddə olan ad və soyaddakı səhvlərə görə onlar həmin paylı əmmlaklarını notarial qaydada satmaq, baışlamaq əməliyyatını həyata keçirə bilməmişlər. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi Ərizəçi nümayəndəsi X12 məhkəməyə ərizə verərək, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakaı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi Miriş oğlunun nümayəndəsi X12 ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qurbanov Mustafa İsa oğlu ifadəsində göstərdi ki, ərizəçi Nüsrəddinlə qonşudur, ona ailə üzvüləri ilə birlikdə torpaq sahəsi verilmişdir, lakin həmin sənəddə ad və soyadlarında səhvlik olmuşdur. Məhkəmə iclasında X33 izahatında şahid X18 ifadəsinə uyğun izahat verdi. Məhkəmə şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair KOD ********* JN -090A saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1996-cı il tarixli, 04 saylı qərarına əsasən Bərdə rayonu Soğanverdilər kənd sakini X24, X19, X13, X20, Əsədov Sədrəddin Nüsrət oğlunun, Əsədova Pərişan Nüsrət qızının mülkiyyətinə 0.08 ha həyətyanı topaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********50 nömrəli 24 avqust 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi Əsədov Nüsrəddin Miriş oğlu JN-090A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bərdə rayon Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 383 nömrəli, 22 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 090A KOD 61000088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılmış X37- Ərizəçi, X34-Əsədova (Məmmədova) Alimə Nüsrəddin qızı eyni şəxs, X28-X12, X35-X21, X22-X5, X25- X9 eyni şəxslərdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Miriş oğlu 15 avqust 1947-ci ildə Laçın rayonu, Qorçu kəndində doğulmuş, Laçın rayonu, Zağaltı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA1697242 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 22 oktyabr 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE 16754706 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmmədova Alimə Nüsrəddin qızı 10 yanvar 1982-ci ildə Laçın rayonu, Qorçu kəndində doğulmuş, Laçın rayonu, Zağaltı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA0605516 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əsədova Pərişan Nüsrəddin qızı 01 sentyabr 1992-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 09534967 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əsədov Səbuhi Nüsrəddin oğlu 01 iyul 1987-ci ildə Laçın rayonu, Zağalı kəndində doğulmuş, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15140988 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 02 aprel 1990-cı ildə Laçın rayonu, Zağalı kəndində doğulmuş, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan Vİİİ-JQ 377053 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Əsədova Alimə Nüsürəddin qızı 10 yanvar 1982-ci ildə anadan olmuşdur, atası X23, anası X26r. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X29 15 avqust 1947-ci ildə doğulmuş, atası hümmətov Miriş Əsəd oğlu, anası Hümmətova ---- Alış qızıdır. İş materiallarında olan AZE 13198638 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X33 01 yanvar 1977-ci ildə doğulmuşdur, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 09302591 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X32 22 may 1960-cı ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadaır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 090A, KOD-61000088 olan şəhadətnamənin Ərizəçi, X7, X6, X11, X2 və X30 qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X24, X19, Əsədov Hidayət Nüsrət oğlunun, X20, X4, X14 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 090A, KOD-61000088 olan şəhadətnamənin Ərizəçi, X7, X6, X11, X2, X30 qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X24, X19, Əsədov Hidayət Nüsrət oğlunun, X20, X4 və X14 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 090A, KOD-61000088 olan şəhadətnamənin Əsədov Nüsrəddin Miriş oğluna, X7, X6, X11, X2 və X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-3362/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3362/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver