Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3364/2021 27.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Cəfərov Ramiz Qurban oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək övladı Cəfərzadə Elvin Ramiz oğlunun xidmət vaxtı ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Cəfərov Ramiz Qurban oğlu ərizəsini onunla əsaslandırmışdır ki, mərhum övladı X3 Bərdə rayonu Hərbi Polisdə işləyirdi. Xidmət etdiyi vaxt vəfat etmişdir. Lakin ölüm şəhadətnaməsində sadəcə xəstəlikdən ölməsi qeyd edilmişdir, hesab edir ki, bu düzgün qeyd edilməyib. Belə ki, xdimət vəzifəsini yerinə yetirərkən vəfat etməsi faktı təsdiq edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinə uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. İş materiallarında olan Bərdə rayonu, Mirəxan-Qaraqohyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 865 nömrəli, 22 sentyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi, Bərdə rayonu Kövbər kəndində yaşayır. İş materiallarında olan AZ İİ 138504 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 oğlu 24 yanvar 2021-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qarabağ hərbi prokurorluğunun 22 may 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, mərhum gizir Cəfərzadə Elvin Ramiz oğlunun ölümündə cinayət hadisəsi, eləcə də N nömrəli hərbi hissənin və Bərdə Qarnizonu Hərbi Polisinin vəzifəli şəxslərinin əməllərində cinayət tərtkibinin əlamətləri olmadığına görə 7C-21 nömrəli araşdırma materialları üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2ci maddələrinə əsasən rədd edilmişdir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, “.....gizir X3 24 yanvar 2021-ci il tarixdə Bərdə Qarnizonu Hərbi polisini müddətdən artıq hərqiqi hərbi xidmət hərbi qulluqçuları Ağamalıyev Orxan, Rəsulov Ceyhun və Baxışov Emillə birlikdə hərbi polisin UAZ markalı M842QQ nömrəli xidməti avtomobili ilə maşın böyüyü kimi Ağdam rayon Mərzili kəndində yerləşən kommendant postuna gedərkən təxminə saat 10:00 da Ağcəbədi rayon Qiyaməddinli kəndi ərazisində keçən zaman halının qəflətən pisləşməsi və daha sonra N nömrəli hərbi hissəyə çatdırıldıqdan sonra orada təxirəsalınmaz reanimasyon tədbirlər görülməsinə baxmayaraq vəfat etməsinə səbəb kəskin tənəffüs çatışmamazlığı ilə ağırlaşmış ağciyərin hemorraciq pnevmaniya xəstəliyi olmuşdur. Onun ölümünə səbəb olmuş pnevmaniya xəstəliyi virus mənşəli olmuş və xəstəlik 3-4 saatdan çox olmayan müddətdə yaranmışdır. Nəticədə xəstəlik kəskin və ağır gedişli olduğundan inkişaf edərək ölümlə nəticələnmişdir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin oğlunun xidməti vaxt vəfat etməsi məhkəmə iclasında verdiyi izahatı və iş materiallarına əlavə etdiyi digər sənədlərlə təsdiq olunmadığından ərizə təmin edilməməlidir. Bundan başqa məhkəmədə aşkar edilmişdir ki, X2 ölümü qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizəçi Cəfərov Ramiz Qurban oğlunun xidməti vaxtı vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3364/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3364/2021
27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver