Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3375/2021 29.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı cavabdehlər X11, Cavabdeh2, X12, Cavabdeh4, X6, X2 və 3-cü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı ”miras əmlak üzərində payların müəyyən edilməsinə və pay torpağının naturada bölünməsi tələbinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdehlər X7,Cavabdeh2,X8,Cavabdeh4, X5 və X2 və 3-cü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki olaraq miras əmlak kimi qəbul etdiyi-X3 miras qalmış ümumi birgə mülkiyyətdə olan Bərdə rayonu Mollalı kəndində yerləşən 5.51 ha torpaq sahəsinin Maya Yusibova tərəfindən qəbul edilmiş hissəsinin və bütün əmlakını ona vəsiyyət etdiyindən X4 ümumi birgə mülkiyyətdə olan əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlaklar üzərində payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.6-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki işdən isə görünür ki, iddiaçı miras əmlak üzərində payların müəyyən edilməsi üçün notariat konturuna müraciət etməli, Notariat Konturu tərəfindən mübahisənin həll edilməsindən imtina edilməsini təsdiq edən heç bir sübutu ərizəsinə əlavə etməmişdir. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X11, Cavabdeh2, X12, Cavabdeh4, X6, X2 və 3-cü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı ”miras əmlak üzərində payların müəyyən edilməsinə və pay torpağının naturada bölünməsi tələbinə” dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3375/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3375/2021
29.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver