Məhkəmə qərarları › İş №2(021)-3391/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3391/2021

24.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3391/2021 24.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaqdan çıxarılma və sərhədlərin müəyyən edilərək tanıdılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı “zəbt olunmuş torpaqdan çıxarılma və sərhədlərin müəyyən edilərək tanıdılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bundan başqa, MPM-nin 108.1.6-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaqdan çıxarılma və sərhədlərin müəyyən edilərək tanıdılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ ______ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 2(021)-3391/2021 «28» oktyabr 2021-ci il MƏHKƏMƏ BİLDİRİŞİ "xxxx" MMC-nin (Bakı şəh., Yasamal ray., Xarici dairəvi küç., 4) Surəti: X2 (Bərdə şəh.,İ.Qayıbov küç., ev 5) İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı “lizinq müqaviləsinin ləğv edilmməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair mülki işə 19 noyabr 2021-ci il tarixdə, saat 09:20-ə Bərdə Rayon Məhkəməsinin inzibati binasında baxılacaqdır.Odur ki, göstərilən tarixdə şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməklə məhkəmə iclasında iştirak etməyinizi xahiş edirik. Məhkəmə iclasına gəlmədiyiniz halda iştirakınız olmadan işə baxılacağı barədə xəbərdar olunursunuz. Göstərilən tarixədək iddia ilə bağlı etiraz, izahat və sübutlarınızı məhkəməyə təqdim edə bilərsiz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən yazılı sübut kimi təqdim etdiyiniz sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti olmazsa həmin sənədlər sübut kimi qiymətləndirilməyə bilər. Hörmətlə, hakim: Əyyub Kərimov QEYDLƏR: Ünvan sahibi olmadığı təqdirdə məhkəmə bildirişini qəbul edən şəxs imkan olan kimi onu ünvan sahibinə verməlidir. Xəbər verilən və ya çağırılan şəxs məhkəməyə gəlməli və ya gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməli və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar