Məhkəmə qərarları › İş №2(021)-3394/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3394/2021

03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3394/2021 03.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum qeyd aktının bərpasına” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “doğum qeyd aktının bərpasına” dair ərizə məhkəməyə ilə müraciət edərək qızı X2 02.05.2021-ci il tarixdə doğulması, atası X3, anası Ərizəçi olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ərizəçi məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə MPM-nin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi ilk növbədə Ərizəçi doğum qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etməli, həmin orqan tərəfindən doğum qeydə alınmasından imtina olunduğu halda məhkəməyə müraciət etməlidir. Hazırki işin materiallarından isə müəyyən edilri ki, ərizəçinin həmin məsələnin məhkəmədən kənar həlli üçün Qeydiyyat şöbəsinə müraciət etməsi barədə hər hansı sübut əlavə edilməmişdir. MPM-in 259.0.1-ci maddəsinin tələbinə görə,məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum qeyd aktının bərpasına” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar