Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3395/2021 03.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi Şahmurad qızının iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək JN-119A, KOD-61004028 saylı torpağın mülkiyyət hüququnda dair şəhadətnamənin ona məxsus olması faktının təsdiq edilməsinə və qeyd olunmuş yanlışların düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayonu Arabaçılar kəndində 0.46 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-119A, KOD-61004028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhdaətnamədə almışdır. Lakin onun adı həmin sənəddə Həqiqət əvəzinə səhvən Xatirə yazılmışdır. Halbu ki onun adı Həqiqətdir. Hazırda onun adının həmin torpaq sənədində səhv yazılması ona mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarını tam həyata keçirməyə imkan vermir. Onun adı Ərizəçi qızıdır. Adında olan səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Ona bildiriblər ki, həmin səhvin düzəldilməsi 7 saylı ərazi idarəsinin səlahiyyətinə aid deyildir, məhkəməyə müraciət etməlisiniz. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur.Bunu başqa yolla müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi qızı ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi bacısıdır. Bacısının adı Həqiqətdir, onlara verilmiş dövlət aktında adı Xatirə olaraq səhv yazılmışdır. Məhkəmə iclasında Seyidova Güney Məhəmməd qızı şahid qismində dindirilərkən şahid X4 ifadəsinə uyğun izahat verdi. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair KOD 61004028 JN -119A saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarına əsasən Bərdə rayonu Arabaçılar kənd sakini X1 mülkiyyətinə 0.46 ha həyətyanı topaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********15 nömrəli 06 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-119 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bərdə rayonu, Hüseynalılar kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 337 nömrəli 30 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Arabaşılar kəndində yaşayır. İş materiallarında olan Vİİ-JQ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Seyidova Günel Məhəmməd qızı 25 sentyabr 1981-ci ildə anadan olmuşdur. İş materiallarında olan İV JQ 364004 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İmanov Zaur Şaahmurad oğlu 12 may 1976-cı ildə anadan olmuşdur. İş materiallarında olan AZ-1760289 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 25 iyun 1969-cu ildə anadan olmuşdur, atası X6, anası X10r. İş materiallarında olan AZE 09300961 nömrəli şəxsiyyət vəsiəsinin surətindən müəyyən olunur ki, X11 12 may 1976-cı ildə Bərdə rayonu, Arabaçılar kəndində doğulmuşdur, Bərdə rayonu, Arabaçılar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15161510 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 25 sentyabr 1981-ci ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuşdur, Bərdə rayonu, Arabaçılar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 119A, KOD-61004028 saylı olan şəhadətnamənin İmanova Həqiqət Şahmurad qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, İmanova Xatirə Şahmurad qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 119A, KOD-61004028 olan şəhadətnamənin Ərizəçi Şahmurad qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. İmanova Xatirə Şahmurad qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 119A, KOD-61004028 olan şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-3395/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3395/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver