Məhkəmə qərarları › İş №2(021)-3404/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-3404/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-3404/2021 30.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlu ünvan 1 ünvanında yerləşən”Optimal Elektronika” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə rayonu Alpout kəndində yaşayan Borclu oğluna qarşı “Borcun tutulmasına” dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Ərizəçi ünvan 1 ünvanında yerləşən ”Optimal Elektronika” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) məhkəməyə ərizə verərək Borclu ilə bağlanmış “Nisyə satış müqaviləsi” üzrə 194 manat əsas borc və 33.41 manat cərimə borcu olmaqla cəmi 227.41 manat borcun tutulub "xxxx" MMC-yə ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 03.06.2019-cu il tarixli,BRK03258 nömrəli Nisyə satış müqaviləsinə əsasən borcluya 524 manat məbləğində məişət məhsulu kreditlə nisyə satılmışdır.Borclu kredit müqaviləsi üzrə öhdəliyi vaxtında və lazımınca icra etməmiş nəticədə 194 manat borcu qalmışdır. Müqavilənin 5.6-cı bəndinə görə “Alıcı” (borclu) qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,3-i həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürmüşdür. Borclu müqavilənin şərtlərinə əməl etmədiyindən borclu olduğu məbləğə görə 33.41 manat cərimə borcu hesablanmışdır. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03.06.2019-cu il tarixli,BRK03258 nömrəli Nisyə alqısatqı müqaviləsindən və müqaviləyə əlavə edilmiş təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən Borclu ümumi dəyəri 524 manat olan məişət avadanlığı satılmışdır. Müqaviləyə əlavə edilmiş “Ödəniş qrafiki”dən görünür ki, borclunun aldığı avadanlığa görə 35 manat ilkin ödəniş olmaqla 13 ay müddətində birinci ay 50 manat, qalan aylarda isə 40 manat sonuncu ay isə 34 manat ödənilməsini razılaşdırmışdır. İşə əlavə edilmiş 30 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu 03.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 194 manat əsas,33.41 manat cərimə borcu olmaqla cəmi 227.41 manat borcu yaranmışdır. Tələbkar "xxxx" MMC tərəfindən Borclu ünvanlanmış bildirişdən görünür ki, tələbkar tərəfindən borcluya borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. AZE seriyalı 0******* nömrəl şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1986-cı ildə Bərdə rayonu Alpout kəndində doğulmuş, Bərdə rayonu Alpout kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MPM- 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu 194 manat əsas, 33.41 manat isə cərimə borcu olmaqla cəmi 227.41 manat kredit borcu alınaraq "xxxx" MMC-yə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280- 282, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM: xx.xx.1986-cı ildə (AZE 0*******) Bərdə rayonu Alpout kəndində doğulmuş, Bərdə rayonu Alpout kəndində yaşayan Borclu 194 manat əsas, 33.41 manat cərimə borcu olmaqla 227.41 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. 21)-3404/2021 Bərdə Rayon Məhkəməsinin məhkəmə iclasının protokolu 30 sentyabr 2021-ci il Bərdə şəhəri. Hakim Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı «Borcun ödənilməsi tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. İclas saat 14:40-da başlandı. Sədrlik edən məhkəmə iclasını açır kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu oğluna qarşı «Borcun ödənilməsi tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair işi elan edir. Sədrlik edən ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirir. Sədrlik edən müşavirə otağına getdi, müşavirə otağından qayıtdıqdan sonra məhkəmə əmrini elan edib, ona etiraz etmə qaydasını izah edərək məhkəmə iclasını saat 14:50-də bağlı elan etdi. Protokol 30 sentyabr 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Məhkəmə iclas katibi: AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ _ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 2(021)-3404/2021 30 sentyabr 2021-ci il "xxxx" MMC-nə ünvan: Bakı şəh.Nəsimi r/n N.Yusifbəyli 42 C Borclu ünvan: Bərdə rayonu Aıpout kəndi Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(021)-3404/2021 nömrəli əmrinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: əmrin surəti “ 02 “ səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 2(021)-3404/2021 10 oktyabr 2021-ci il Bərdə rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Rusif Quliyevə Hörmətli, Rusif müəllim, Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(021)-3404/2021 nömrəli əmrinin surəti icra edilməsi üçün Sizə göndərilir. İcra sənədinin icraata qəbul edilməsi və icra vəziyyəti barədə Bərdə Rayon Məhkəməsinə məlumat verməyinizi xahiş edirəm. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar