Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3460/2021 04.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.10.2018-ci il tarixli müqaviləsinə əsasən şirə çəkən “Plips”, kombi “Dəmir Döküm” Nitron plus,seksiya mirado, kombi “Stabilizator İmmergas”, qaz requlyatoru üçün 130 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu, 20.05.2019-cu il tarixli müqaviləyə əsasənb “Marvin-Genc-Dolab,Marvin-Genc çarpayı, Doshek Uretan” üçün 780 manat ödənilməmiş hissə, 234 manat dəbbə pulu, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********78127 “İphone XS Max” markalı telefon üçün 1656 manat ödənilməmiş hissə, 486 manat dəbbə pulu, 26.12.2019cu il tarixli müqaviləsinə əsasən paltaryuyan “LG”, soyuducu “Samsung” üçün 2381.7 manat ödənilməmiş hissə, 714.3 manat dəbbə pulu, 26.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********78182 “Samsung Galaxy A10” markalı telefon üçün 251.8 manat ödənilməmiş hissə, 75.2 manat dəbbə pulu, ümumilikdə 6751 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra) 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən isə müəyyən edilir ki, iddiaçı müxtəlif tarixlərdə bağlanmış müqavilələri bir yerdə birləşdirərək iddia qaldırmışdır Beləliklə məhkəmə hesab edir ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3460/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3460/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver