Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3487/2021 07.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Hətəmova Gülxanım Əbdülxaliq qızının cavabdeh Muradov Cabir Rəşid oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(021)-3487/2018 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli (021)-3487/2018 nömrəli qətnaməsi ilə iddiaçı Hətəmova Gülxanım Əbdülxaliq qızının cavabdeh Muradov Cabir Rəşid oğluna qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X5 39.000 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul alınaraq iddiaçı Hətəmova Güxanım Əbdülxaliq qızına verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli (021)-3487/2018-ci il tarixli qətnaməsinin surəti 13 sentyabr 2018-ci il tarixdə cavabdeh X10 oğluna təqdim edilməsi üçün Salyan rayonu 5 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Cavabdeh X10 oğlu qeyd olunan Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli (021)-3487/2018 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prossesual müddətin bərpa edilməsi barədə qərardad çıxarılması haqqında ərizə və həmçinin apellyasiya şikayəti vermişdir. Cavabdeh X9 vəsatətini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli (021)-3487/2018-ci il tarixli qətnaməsindən narazıdır. Qətnaməyə əsasən ondan 39.000 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul alınaraq iddiaçı Hətəmova Güxanım Əbdülxaliq qızına verilməsi qət edilmişdir. Lakin o, həmin dövrdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunduğundan qətnaməni almamışdır. İcra məmuru onu qətnamənin icrası ilə əlaqədar çağırdıqdan sonra qətnamnin surətini Bərdə Rayon Məhkəməsindən almışdır. Odur ki, Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli (021)- 3487/2018 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti üçün müddətin ötürülməsini üzürlü hesab edib, müddətin bərpa edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 və cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, iddiaçı Hətəmova Gülxanım Əbdülxaliq qızına və cavabdeh X9 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, vəsatət əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, vəsatət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, cavabdeh X9 qətnamədən apellyasiya şikayəti verilməsi müddətini buraxmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh X9 qətnamə qəbul edilən zaman cəzaçəkmə müəssisəsində olmuşdur və sözügedən qətnamənin onun tərəfindən alınmasını təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, cavabdeh X9 məhkəmə qətnaməsindən xəbəri olmadığından və qətnamənin surətini rəsmi almadığından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133, 263-264, 267, 268 və 363-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Cavabdeh X9 tərəfindən verilmiş vəsatəti təmin edilməsin. X7 Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli (021)-3487/2018 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməmiş hesab edilsin. Qərardaddan 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3487/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3487/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver