Məhkəmə qərarları › İş №2(021)-351/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-351/2021

08.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-351/2021 08.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “Doğum faktının müəyyən edilməsi”nə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “Doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərində doğulmuş X1 doğum faktının müəyyən edilməsinə, atası X3, anası İddiaçı olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi İddiaçı maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “Doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə müraciət edərək 01 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərində doğulmuş X1 doğum faktının müəyyən edilməsinə, atası X3,anası İddiaçı olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini savadsız olduqlarından və başa düşmədikləri üçün uşağa doğum haqqında şəhadətnamə ala bilməməsi ilə əsaslandırmışdır. İşdə olan sənədlərdən müəyyən edilir ki, ərizəçi İddiaçı 01 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərində doğulmuş X1 doğum faktının müəyyən edilməsi üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müarciət etməsi və həmin orqanın azyaşlı X1 doğumun qeydinin alınmasında imtina olunması barədə heç bir sənəd əlavə edilməmişdir. Ərizəçi İddiaçı qeyd olunan maddənin tələbinə əməl etməyərək, mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmiş, yəni Bərdə rayon Qeydiyyat Şöbəsindən yuxarıda qeyd edilən hərəkətlərin aparılmaması barədə imtina məktubunu ərizəsinə əlavə olunmamışdır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən İddiaçı maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “Doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “Doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar