Məhkəmə qərarları › İş №2(021)-357/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-357/2021

09.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-357/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Abbasov Yasin Rafiq oğlunun katibliyi İddiaçı Cavabdeh "xxxx" ASC- nin nümayəndəsi X7 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC-nin tərəfindən 28.07.2020-ci il tarixli 182138 № li İcra vərəqəsinə əsasən qanunsuz hesablanmış 294 manat borcun yaranmaının etibarsız hesab olunmasına və bu məbləğin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, ona məxsus yaşayış evinin elektrik sayğacı abunə kimi mərhum atası X1 adınadır. Atası 2011-ci ildə vəfate tmişdir və atasınnı varisi kimi bütün mirası özü qəbul etmişdir. Ona məxsus evin həyət darvazasının çöl tərəfində X5 tərəfindən 10 ildən artıq müüdət idi ********** nömrəli 005-26 tipli eklektrik sayğacı quraşdırılmışdır və 28.06.2020-ci il tarixə kimi həmin elektrik sayyğacından istifadə etmişdir. O, elektrik sayğacından istifadə etdiyi müddətdə mütəmadi olaraq sərf etdiyi enerjini pulunu vaxtında ödəmişdir. 28.06.2020-ci il tarixdə X3 nümayəndələri həmin elektirk sayğacını smart tipli sayğacla əvəz edərək yeni sayğac quraşdırılmış və köhnə sayğacı aparmışdırlar. Daha sonra ona məlum olmuşdur ki, "xxxx" ASC tərəfindən 294 manat borc yazılmışdır. Hesab edir ki, yazılmış borc qanunsuzdur. Göstərilənləri nəzərə alaraq idiiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında cavabdehlə barışıq sazişi bağladıqlarını, sazişə əsasən "xxxx" ASC tərəfindən yazılmış 294 manat borc məbləğinin azaldılaraq 130 manat məbləğində müəyyən edilir, həmin məbləği ödəməyi öhdəsinə götürür, cavabdeh isə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. Cavabdeh "xxxx" ASC- nin nümayəndəsi X7 oğlu məhkəmə iclasında iddiaçı ilə barışıq sazişi bağlayaraq, razılığa gəldiklərini bildirmişdir. Məhkəmə tərəfləri dinlədikdən sonra onların təqdim etdikləri barışıq sazişinə dair ərizələrini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, bu razılığın qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişini təsdiq etməklə rəsmiləşdirdiklərindən işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul edildikdə, eləcə də, tərəflər barışıq sazişi bağladıqda və bu saziş məhkəmə tərəfindən təsdiq olunduqda hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddədə qeyd edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə və istinad olunun hüquq normasına əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: İddiaçı iddia tələbini dəyişərək 28.07.2020-ci il tarixli 182138 № li İcra vərəqəsinə əsasən hesablanmış 294 manat məbləğində borcun silinməsini tələb etmir və hesablanmış məbləğin azaldılaraq 130 manat məbləğində müəyyən edilməsinə razılıq verir; Cavabdeh "xxxx" ASC 28.07.2020-ci il tarixli 182138 № li İcra vərəqəsinə əsasən hesablanmış 294 manat məbləğində borcun 130 manat məbləğində müəyyən olunmasına etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar