Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3582/2021 24.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbə roğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin qanunsuz olaraq apardığı tikintiyə baxış keçirilərək, Azərbaycan Respublikası CM-nin 314-1 və 314-2-ci maddələrini pozaraq cavabdehə qanunsuz tikinti aparılmasına şərait yaradanların üzə çıxarılaraq, həmin maddələri rəhbər tutaraq cavabdehin barəsində qanuni araşdırma aparılaraq qanunsuz tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və digər sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, İddiaçı ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair vermiş olduğu iddia ərizəsi İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3582/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3582/2021
24.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver