Məhkəmə qərarları › İş №2(021)-3654/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3654/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3654/2021 19.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı Bakı şəhəri, A.M.Cümə küçəsi 17B, mənzil 44-də yaşayan Cavabdeh MMCnin təsisçisi İddiaçı sənəd tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-nin təsisçisi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin nizamnaməsinin, Cavabdeh MMC-nin 2018, 2019-cu illərin yekunlarına dair keçirilmiş payçıların ümumi yığıncağının protokollarının Cavabdeh MMC tərəfindən ona təqdim edilməsi və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun, 1 manat xidmət haqqının Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 152.1.3cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə iddiaçı Cavabdeh MMC-nin təsisçisi İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, VÖEN-ə malikdir. Cavabdeh MMC isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı Cavabdeh MMC-nin təsisçisi İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, Cavabdeh MMC isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğundan, iddiaçı qeyd olunan iddia tələbi ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən iddiaçı Cavabdeh MMC-nin təsisçisi İddiaçı sənəd tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı Cavabdeh MMC-nin təsisçisi İddiaçı sənəd tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar