Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3677/2021 03.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə Regional ASAN Xidmət X3rşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə Regional ASAN Xidmət X3rşı ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə şəhərində anadan olmuş 18 sentyabr 2021-ci il təvəllüdlü Sedatın doğum faktının müəyyən olunması, X2, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X12 ilə 27 may 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuşlar. Birgə nikahlarından bir övladları anadan olmuşdur. Lakin onların maddi imkanı olmadığından, savadsız olduqlarından 18 sentyabr 2021-ci il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsini ala bilməmişlər. Halhazırda doğum haqqında şəhadətnaməyə ehtiyac var. Onlar, bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etməsini məsləhət görülmüşlər. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra X9 məhkəməyə ərizə təqdim edərək, həyat yoldaşı Ərizəçi ilə 18 sentyabr 2021-ci il tarixdə rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuşlar. Birgə nikahlarından bir övladları anadan olmuşdur. Lakin onların maddi imkanı olmadığından, savadsız olduqlarından 18 sentyabr 2021-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsini ala bilməmişlər. Hal-hazırda ərizəçi ilə birlikdə yaşadığını, X4 atası olduğunu etiraf etmişdir. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şahidlərin ifadəsini nəzərə alıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X8 AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1991-ci ildə Ağdam rayonun Muğanlı kəndində anadan olmuşdur. Ağdam rayonun Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X8 AZE 15133417 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 13.04.1981ci ildə Bərdə rayonun Lənbəran kəndində anadan olmuşdur. Bərdə şəhəri C.Cabbarlı küçəsi ev 26-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X11 tərəfindən verilmiş 17.08.2021-ci il tarixli uşağın tibbi kartasından görünür ki, uşaq həkim müayinəsindən keçəkrən sağlamdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.10.2021-ci il tarixli, 63 saylı arayışdan görünür ki, X1 şəhəri C.Cabbarlı küçəsi ev 23-də yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 411627 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X6 27 may 2008-ci il tarixdə, 282 qeyd ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əlizadə soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Uşaq Poliknikası tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 18.09.2021-ci il təvəllüdlü Əlizadə ......... Xəyyam oğlu hal-hazırda yaşayır və həkim müayinəsində keçərkən sağlam olduğu müəyyən edildi. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Bərdə RMX-nin Doğum evi ultrasəs müayinəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 22 həftəlik hamiləlik dövründədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X8 AZE 15210967 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 06.02.1990cı ildə Bərdə rayonun Qaradəmirçi kəndində anadan olmuşdur. Bərdə rayonun Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X8 AZE 14282075 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 14.06.1988ci ildə Bərdə rayonun Qaradəmirçi kəndində anadan olmuşdur. Bərdə şəhəri C.Cabbarlı küçəsi döngə 3, ev 26-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 05Q/76-887/40 saylı, 21.09.2021-ci il tarixli Əldiyyə Nazirliyi Bərdə Regional ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X12 “doğum faktının müəyyən edilməsi” barədə həmin orqana müraciət etmiş, lakin səlahiyyətləri xaricində olduğundan müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid X10 bildirdi ki, Ərizəçi eltisidir. Uşaq ev şəraitində doğulmuş, maddi imkanları olmadıqlarından uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında şahid X13 bildirdi ki, Ərizəçi eltisidir. Uşaq ev şəraitində doğulmuş, maddi imkanları olmadıqlarından uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, 18 sentyabr 2021-ci il tarixdə X9 anadan olmuşdur. X2, anası Ərizəçidır. X4 doğum tarixi 18.09.2021-ci il, doğum yeri Bərdə şəhəri, X2, anası isə Ərizəçi olması faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Əlizadə X7 maraqlı şəxs Bərdə Regional ASAN Xidmət X3rşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. X4 doğum tarixi 18.09.2021-ci il doğum yeri, Bərdə şəhəri və faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X12, anası isə Ərizəçi qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-3677/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3677/2021
03.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver