Məhkəmə qərarları › İş №2(021)-3769/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3769/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3769/2021 03.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 134 C-də yerləşən İddiaçı ASC-nin pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı ASC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3436,64 manat məbləğində əsas borc və 2425,16 manat faiz borcu olmaqla, ümumilikdə 5861,8 manat borcun və 79,42 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən kiçik mübahisələr üzrə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Kiçik mübahisələr üzrə iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, cavabdehdən tələb olunan məbləğ 5861,8 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4.1 və 284-4.1.2-ci maddələrinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Bu Məcəllənin 153.6-cı maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı ASC-nin pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubilkası MPM-nin 153, 284, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİM : İddiaçı ASC-nin pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar