Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3801/2021 04.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” barədə ərizəsini nəzərdən keçirərək məhkəmə, MÜƏYYƏN E T D İ: Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı ərizə forma və məzmun baxımından Azərbaycan Respublikası MPM-in tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, ərizənin xahiş etdi hissəsində şəhadətnamənin Ərizəçi, X1, X2 məxsus olması faktı faktının müəyən edilməsi xahiş olunmuş, lakin ərizəçi qismində həmin şəxslərin adları qeyd olunmamış, ərizə yalnız Ərizəçi adından imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ” barədə ərizə və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3801/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3801/2021
04.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver