Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3889/2021 17.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı və Cavabdeh1 cavabdehlər X3 və Cavabdeh3 qarşı “mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması,torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Əlilli Əvəz Qüdrət oğlu cavabdehlər X4 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2, X5 mülkiyyətində olan,Bərdə rayonu Qaradırnaq kəndində yerləşən 0,33 ha torpaq sahəsnin zəbt etdikləri 0,098 ha hissəsindən çıxarılmalarına,torpağın və çəpərin əvvəlki vəziyyətinə gətirilməsinin cavabdehlərin hesabına həyata keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən və iddia ərizəsinə əlavə edilmiş “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktlarından görünür ki, iddiaçıların hər birinə ayrılıqda pay torpaq sahələri verilmişdir.Belə olan halda iddiaçılar məhkəməyə cavabdehlərə qarşı ayrı-ayrılıqda iddia ərizəsi verməli olduqları halda iddia tələbinibirləşdirmişdirlər. Belə ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddiaçılardan İddiaçı oğlu müharibə veteranı olduğundan dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edi ki, iddiaçılar bir biri ilə əlaqədar olmayan iddia tələbi birləşdirməkdə məqsəd dövlət rüsumu ödəməkdən yayınmaqdır. Bundan başqa iddiaçılar valideyinlərindən miras qalmış əmlakı qəbul etmələrinə dair iddia ərizəsinə heç bir sənəd əlavə etməmişlər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdehlər X3 və Cavabdeh3 qarşı “mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması,torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3889/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3889/2021
17.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver