Məhkəmə qərarları › İş №2(021)-390/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-390/2021

29.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-390/2021 29.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi qızının və vəkili Vəkil, Maraqlı şəxs X17 oğlunun iştirakları ilə, Ərizəçi Ərizəçi qızının maraqlı şəxslər Bərdə rayon Qeydiyyat Şöbəsinə və X17 oğluna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Bərdə rayon Qeydiyyat Şöbəsinə və X17 oğluna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27 yanvar 2019-cu il tarixdə Bərdə şəhərində anadan olmuş X10 doğum faktının və X21 oğlunun atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X14 ilə 2017-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Onların birgə yaşayış dövründə 27 yanvar 2019-cu il tarixdə övladları anadan olmuşdur. Lakin övladlarına bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Əri X2 uğrunda gedən döyüşlərdə 18 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. O, övladına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi həcmin artırılmasına və dəqiqləşməsinə dair ərizə təqdim edərək, 27 yanvar 2019-cu il tarixdə Bərdə şəhərində anadan olmuş X10 doğum faktının, X21 oğlunun atası və Ərizəçi anası olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında X21 oğlu və ana qrafasında Ərizəçi kimi qeyd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi qızı ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi Ərizəçi qızının vəkili Vəkil bildirdi ki, Ərizəçi qızı ilə X21 oğlu qeyri-rəsmi olaraq ailə qurmuşlar. Onların birgə yaşayış dövrdə bir övladları anadan olmuşdur. X3 Müharibəsi zamanı şəhid olmuşdur. Odur ki, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs X17 oğlu məhkəmə iclasında verdiyi ifadəsində ərizəçi Ərizəçi onun oğlu ilə evləndiyini bildirdi və həmin nikahdan Bəsdi adlı uşaqlarının olduğunu qeyd etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin və vəkilinin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi qızı xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 627 saylı arayışdan görünür ki, Ərizəçi qızı Bərdə rayon Alpoud kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 028606 Arayışdan görünür ki, X14 26.08.1992-ci il tarixdə anadan olmuşdur. Atası X17 oğlu, anası X9r. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 120136 Arayışdan görünür ki, X14 18 oktyabr 2020-ci il tarixdə hərbi partlayış nəticəsində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 120136 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 18 oktyabr 2020-ci il tarixdə hərbi partlayış nəticəsində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Doğum evi tərəfindən verilmiş 07.11.2018-ci il tarixli müayinə kağızından görünür ki, Ərizəçi qızının 28 həftə 5 günlük hamilə olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş toyun foto şəkillərindən görünür ki, Ərizəçi qızı ilə X14 arasında toy mərasimi baş vermişdir. İş materiallarına əlavə edilmiş toyun video çəklişindən görünür ki, Ərizəçi qızı ilə X14 arasında toy mərasimi baş vermişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 614- 05\15 saylı 06.11.2020-ci il tarixli məktubdan görünür ki, Ərizəçi övladının doğumunun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən Hacıyeva Rahilə Rüstəm qızı bildirdi ki, Ərizəçi qızı onun qohumudur. Ərizəçi ilə X14 el adəti ilə ailə qurmuşdular. Onların birgə yaşadıqları dövrdə bir uşaqları anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 bildirdi ki, Ərizəçi qızı onun övladıdır. Ərizəçi ilə X14 el adəti ilə ailə qurmuşdular. Onların birgə yaşadıqları dövrdə bir uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi Ərizəçi qızı ilə X14 faktiki olaraq ailə qurmuşlar. Birgə yaşadıqları vaxtda 06.11.2020-ci il təvəllüdlü Bəsdi adlı uşaqları anadan olmuşdur. X21 oğlu “Vətən Müharibəsi” zamanı, 18.10.2020-ci il tarixdə şəhid olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsin əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Rəhimlİ Bəsdi Elcan qızı 27.01.2019-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Atası X21 oğlu, anası Ərizəçidır. Rəhimlİ Bəsdi Elcan qızının doğum tarixinin 27 yanvar 2019-cu il, doğum yerinin Bərdə rayon olması, atasının X14 və anasının Ərizəçi olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata adı X21 oğlu, ana adı Ərizəçi kimi qeyd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi qızına aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X10 27 yanvar 2019-cu il tarixdə Bərdə rayonunda anadan olması, atasının X14 və anasının Ərizəçi olması faktı müəyyən edilsin. X10 doğum haqqında şəhadətnaməsində ata qarafasında X14, ana qrafasında Ərizəçi kimi qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar