Məhkəmə qərarları › İş №2(021)-3946/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3946/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3946/2021 23.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçılar İddiaçı1 və X3 Cavabdehnə və üçüncü şəxs X1 qarşı “Cavabdeh 08.10.2021-ci il tarixli, 84 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və qeyrisi iddia ərizəsi ilə məhkəmədə Cavabdehnə və üçüncü şəxs X1 qarşı “Cavabdeh 08.10.2021-ci il tarixli, 84 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddia qaldıraraq iddiasının təmin edilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı ərizə isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. MPM-in 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Göründüyü kimi iddia ərizəsində mütləq tərəflərin adları, onların poçt ünvanları dəqiq göstərilməlidir. Hazırkı iddia ərizəsindən isə görünür ki, iddiaçı tərəfindən cavabdehin ünvanı tam göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərini pozaraq tərtib olunduğundan iddiaçıya geri qaytarılmalıdır. Belə ki, MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsindən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və X3 Cavabdehnə və üçüncü şəxs X1 qarşı “Cavabdeh 08.10.2021-ci il tarixli, 84 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və X3 Cavabdehnə və üçüncü şəxs X1 qarşı “Cavabdeh 08.10.2021-ci il tarixli, 84 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar