Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-408/2021 26.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia qaldıraraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nihad Abbasov məhkəməyə ərizə göndərərək cavabdehlərə qarşı irəli sürdükləri iddianın baxılmamış saxlanılmaqla sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməklə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalı, iddianı təmin etmək barədə qərardadı qərardad qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı Bank "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya qaytarılsın. Bərdə rayon məhkəməsinin 2(021)-3255/2020 saylı, 08 dekabr 2020-ci il tarixli iddianı təmin etmək barədə qərardadı qərardad qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-408/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-408/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver