Məhkəmə qərarları › İş №2(021)-425/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-425/2021

12.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-425/2021 12.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi Ərizəçi qızının maraqlı şəxs Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi qızı Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 17 iyul 2019cu il tarixdə Bərdə şəhərində anadan olmuş X2 doğum faktının müəyyən edilməsi, atasının Hüseynov Hüseyn Əlyəddin oğlu, anasının Ərizəçi qızı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, Hüseynov Hüseyn Əlyəddin oğlu ilə 2018-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahlarından iki övladları anadan olmuşdur. Övladları -17 iyul 2019-cu ildə anadan olmuş X3 bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi qızı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 17 iyun 2019-cu il tarixdə Bərdə şəhərində anadan olmuş X2 doğum faktının müəyyən edilməsinin, doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı Hüseynov Hüseyn Əlyəddin oğlu, ana qrafasında ana adının Ərizəçi qızı kimi yazılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi qızı ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.2001-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE № 09534684 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Hüseynov Hüseyn Əlyəddin oğlu 01.01.1997-ci il tarixdə Bərdə rayon Bəcirəvan kəndində anadan olmuşdur. Bərdə rayon Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ № 402804 saylı X10 haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 25.09.2020-ci ildə Ərizəçi doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 528896 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.09.2020-ci il təvəllüdlü X5 X1, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Doğum evi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 17.06.2019-cu ildə qız uşağı dünyaya gətirmişdir. İş materiallarına əlavə edilmiş 622-05\15 saylı 16.11.2020-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi qızı övladının doğumunun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Hüseynov Hüseyn Əlyəddin oğlu ərizəsində göstərmişdir ki, o, X15 qızı ilə 2018-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Birgə yaşayış dövründə 17 iyun 2019-cu il təvəllüdlü X12 anadan olmuşdur. Lakin övladlarına bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda Ərizəçi qızı ilə birgə yaşayırlar. X2 atalığını qəbul edir. Məhkəmə iclasında Hüseynov Hüseyn Əlyəddin oğlu bildirdi ki, Ərizəçi qızı onun arvadıdır. Rəfiqə onların övladıdır. Uşaq ev şəraitində anadan olmuşdur. O, həmçinin bu barədə əriizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 bildirdi ki, Ərizəçi qızı onun gəlinidir. Ərizəçi uşağı ev şəraitində dünyaya gətirmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi Ərizəçi qızı ilə Hüseynov Hüseyn Əlyəddin oğlu 2018-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahlarından 17 iyun 2019-cu il təvəllüdlü Rəfiqə adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X7 17 iyun 2019-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. X17 Əlyəddin oğlu, anası Ərizəçi qızıdır. X2 doğum tarixinin 17 iyun 2019-cu il, doğum yerinin Bərdə şəhəri olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata adı Hüseynov Hüseyn Əlyəddin oğlu, ana adı Ərizəçi qızı kimi qeyd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 17 iyun 2019-cu ildə Bərdə şəhərində anadan olması faktı müəyyən edilsin. X2 doğum haqqında şəhadətnaməsində ata qarafasında ata adı Hüseynov Hüseyn Əlyəddin oğlu , ana qrafasında ana adı Ərizəçi qızı kimi qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar