Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-463/2021 10.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 oğlunun iclas katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qızına qarşı “dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri qanuni istifadəyə görə hesablanmış 353.90 manat borcun **********00470 saylı abonent koduna, 20 manat dövlət rüsumunun isə alınaraq Azəriqaz İB-nin Azərbaycan Respublikası Beynəlxalq Bankının Sabunçu filialı,Kod- 805573, VÖEN (bank)- **********,M/h- AZ03NABZ********************, SWİFT kodu: İBAZAZ2X VÖEN- **********, İBAN: AZ72İBAZ******************** saylı hesaba köçürülməsi üçün iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasına çağırılmalarına baxmayaraq gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. İddiaçıya həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 259.0.6, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qızına qarşı “dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi ” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-463/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-463/2021
10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver