Məhkəmə qərarları › İş №2(021)-480/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-480/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-480/2021 10.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəmədə Cavabdeh qarşı «borc» tələbinə iddia qaldıraraq iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ _________ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçElektron ünvan 1 11 iyun 2020-ci il İş № 2(021)- 1416/2020 MƏHKƏMƏ BİLDİRİŞİ İddiaçı LPO «Zaminbank” ASC-nin (Bakı şəh. Xətai ray. Babək pr.16) Cavabdeh Surəti: X5 (Bərdə ray. Gərənə kəndi) X2 (Bərdə ray. Ərəblər kəndi) İddiaçı lpo «Zaminbank” ASC-nin cavabdeh X5 və X2 qarşı “kredit müqaviləsi yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 iyul 2020-ci il tarixdə, saat 09.30-a Bərdə Rayon Məhkəməsinin inzibati binasında baxılacaqdır.Odur ki, göstərilən tarixdə şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməklə məhkəmə iclasında iştirak etməyinizi xahiş edirik. Məhkəmə iclasına gəlmədiyiniz halda iştirakınız olmadan işə baxılacağı barədə xəbərdar olunursunuz. Göstərilən tarixədək iddia ilə bağlı etiraz, izahat və sübutlarınızı məhkəməyə təqdim edə bilərsiz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən yazılı sübut kimi təqdim etdiyiniz sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti olmazsa həmin sənədlər sübut kimi qiymətləndirilməyə bilər. Hörmətlə, hakim: Əyyub Kərimov QEYDLƏR: Ünvan sahibi olmadığı təqdirdə məhkəmə bildirişini qəbul edən şəxs imkan olan kimi onu ünvan sahibinə verməlidir. Xəbər verilən və ya çağırılan şəxs məhkəməyə gəlməli və ya gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməli və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş № 2(021)-104/2021 Surət QƏRАRDАD (baxılmamış saxlanılma haqqında) Bərdə Rаyоn Məhkəməsi 08 fevral 2021-ci il Bərdə şəhəri Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı LPO "xxxx" ASC LƏSF-nun cavabdehlər X5 və X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı LPO "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 və X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia qaldıraraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə verərək iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin restrukturizasiya olunduğunu bildirib iddianın başılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı LPO "xxxx" ASC LƏSF-nun cavabdehlər X5 və X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hаkim: Əyyub Kərimov İş № 2(021)-104/2021 Bərdə Rayon Məhkəməsinin məhkəmə iclasının protokolu 08 fevral 2021-ci il Bərdə şəhəri Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı LPO "xxxx" ASC LƏSF-nun cavabdehlər X5 və X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа baxılmasını elan etdi. İclas saat 09:51-də başladı. Sədrlik edən məruzə etmək üçün məhkəmə iclas katibinə söz verdi. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdehlər isə gəlməmişlər. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə verərək iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin restrukturizasiya olunduğunu bildirib iddianın başılmamış saxlanmasını məhkəmədən xahiş etdi. Sədrlik edən müşavirə otağına gedir, qayıdaraq qərardadı elan edib məzmununu, şikayətvermə müddətini, məhkəmə iclas protokolu ilə tanış olub ona qeydlər vermək qaydasını izah edərək, məhkəmə iclasını saat 09:55-də bağlı elan edir. Protokol 08 fevral 20212021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katibi: AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ _________ Poçt indeksi: AZ 0900, Tel: (020) 205-04-80; Faks: ***-**-** Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan 2 İş № 2(021)-104/2021 08 fevral 2021-ci il LPO "xxxx" ASC-nin (Bakı şəh. Xətai rayonu Babək pr. 16) Surəti: X5 (Bərdə ray. Gərənə kəndi) X2 (Bərdə ray. Ərəblər kəndi) Bərdə Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(021)-104/2021 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti “ 01 “ səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar