Məhkəmə qərarları › İş №2(021)-557/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-557/2021

19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-557/2021 19.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1959-cu ildə Qubadlı rayonu Millian kəndində anadan olmağına dair doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında atasının Şükürov Məhəmmməd Mahmud oğlu, ana qrafasında anasının X2 qeyd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxx 1959-cu ildə Qubadlı rayonu Millian kəndində anadan olmuşdur. Atası Şükürov Məhəmmməd Mahmud oğlu, anası isə X5r. Həmin tarixdə anadan olmağına dair şəhadətnaməsi olmuşdur. Həmin şəhadətnamə əsasında 24.05.1983-cü ildə sovet pasportu almışdır. 30 may 1983-cü ildə X11 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra Bərdə rayon Kələntərli kəndində yaşamışdır. Ona məxsus şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda şəxsiyyət vəsiqəsi almaq istəyir, lakin doğum haqqında şəhadətnamə olmadığı üçün şəxsiyyət vəsiqəsi verilməsindən imtina edilmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək xx xxxxx 1959-cu ildə Qubadlı rayonu Millanlı kəndində anadan olmağına dair doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında atasının Şükürov Məhəmmməd Mahmud oğlu, ana qrafasında anasının X2 qeyd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi qızı ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş SSSR XVİİİ-JQ № 581401 nömrəli pasportdan müəyyən olunur ki, Ərizəçi qızı xx.xx.1959-cu il tarixdə Qubadlı rayon Millian kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçisinin Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02338 saylı 30.11.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi qızı Bərdə rayon Kələntərli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş İİİ-JQ № 288306 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 oğlu ilə X3 30.05.1983-cü ildə 33 saylı akt akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş fərdi uçot kartoçkasından görünür ki, X7 qızı xx.xx.1959-cu il tarixdə Qubadlı rayon Millian kəndində anadan olmuşdur. Atası Şükürov Məhəmmməd Mahmud oğlu, anası isə X5r. İş materiallarına əlavə edilmiş 645-05\15 saylı 26.11.2020-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi qızı övladının doğumunun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 oğlu bildirdi ki, Ərizəçi qızı onun doğma bacısıdır. Ərizəçi 4 aprel 1959-cu ildə Qubadlı rayonu Millanlı kəndində anadan olması, atasının Şükürov Məhəmmməd Mahmud oğlu, anasının isə X6 olması faktını təsdiq etdi. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki Ərizəçi qızı xx xxxxx 1959-cu ildə Qubadlı rayon Millanlı kəndində anadan olmuş, X9 Mahmud oğlu, anası isə X6 olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi qızının xx xxxxx 1959cu ildə Qubadlı rayon Millanlı kəndində anadan olmasına dair doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında ata adı Şükürov Məhəmmməd Mahmud oğlu, ana qrafasında ana adı X2 qeyd olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi qızının xx xxxxx 1959-cu ildə Qubadlı rayon Millanlı kəndində anadan olmasına dair doğum akt qeydi bərpa edilsin, doğum haqqında şəhadətnaməsində ata qrafasında X4, ana qrafasında X2 qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar