Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-558/2021 22.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X4 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun əri X5 06 dekabr 2002-ci ildə vəfat etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri X9 1944-cü ildə anadan olmuşdur. 06.12.2002-ci ildə isə xəstəlikdən vəfat etmişdir. Onu Bərdə rayonu Hacıbəyli kənd qəbristanlığında dəfn etmişlər. Lakin həmin vaxt başa düşmədiklərindən X7 ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda isə ərinin ölüm şəhadətnaməsinə bəzi sənədlərin hazırlanması ilə əlaqədar ehtiyacı vardır. Bu səbəbdən də Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, lakin ölümdən uzun müddət keçdiyindən Qeydiyyat şöbəsi həmin şəhadətnaməni verməkdən imtina edərək, məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X10 və X8 Ərizəçi əri X5 06 dekabr 2002-ci ildə vəfat etdiyini, özlərinin də yas mərasimində iştirak etdiklərini, X5 Bərdə rayonu Hacıbəyli kənd qəbristanlığında dəfn edildiyini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayonu Qaradəmirçi kənd sovetliyi tərəfindən verilmiş AЗ 141945 saylı 09 noyabr 1970-ci il tarixli evlənmək haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 və X11 09 noyabr 1970-ci ildə 21 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Nəcəfova soyadı verilmişdir. İş materiallarında olan şahidlərin iştirakları ilə tərtib edilmiş və Bərdə rayon Hacıbəyli bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş 01 dekabr 2020-ci il tarixli aktdan müəyyən olunur ki, 1944-cü ildə anadan olmuş X1 06.12.2002-ci ildə vəfat etmiş, Hacıbəyli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, X5 baş daşı üzərində ölüm tarixi 06 dekabr 2002-ci il qeyd edilmişdir. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 681-05/15 nömrəli 09 dekabr 2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi ərinə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X5 06 dekabr 2002-ci il tarixdə Bərdə rayonu Hacıbəyli kəndində ölməsi faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X5 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə ərinə ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilisin. Ərizəçi əri X5 06 dekabr 2002-ci il tarixdə vəfat etməsi və Bərdə rayonu Hacıbəyli kənd qəbristanlığında dəfn edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-558/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-558/2021
22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver