Məhkəmə qərarları › İş №2(021)-561/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-561/2022

30.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-561/2022 30.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2, Cavabdeh vəkili və nümayəndəsi X5 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödəməklə evdən çıxarılma və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 1000 manat kompensasiya verməklə vəsiyyətnamə ilə ona məxsus olan və 16 dekabr 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış Cıxarış əsasında olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına və ona vurumuş olduğu mənəvi ziyana görə 10000 manat pulun verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə verərək mülki işin baxılmamış saxlanaraq sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X4 mülki işin baxılmamış saxlanaraq sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işin baxılmamış saxlanılmasına eiraz etmədi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayındəsi X3 mülki işin baxılmamış saxlanılmasına eiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya ödəməklə evdən çıxarılma və mənəvi ziyan tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver