Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-564/2024 09.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 məhkəmə iclas kаtibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras qalmış əmlakın vərəsələr arasında bölünməsi, mirasın naturada bölünərək onun payına ayrılıb verilməsi və evə köçmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X2 məxsus olan fərdi yaşayış evinin vərəsələr arasında bölünməsini və mirasın naturada bölünərək onun payının ayrılıb verilməsi və onun həmin evə köçməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq sübutlara qiymət verib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iş baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, pretenziya qaydasına riayət etməli olduğu halda iddiaçı mərhum əri X1 miras qalmış əmlakın qəbulu ilə bağlı notariusa müraciət etməli idi, lakin iddiaçı bununla bağlı notariusa müraciət etməmişdir. Qeyd edilən hal isə pretenziya qaydasının tətbiq edilməsi imkanının itirilmədiyini göstərir. Məhkəmə hesab edir ki, notarius tərəfindən iddiaçının müraciətinə imtina verildikdən sonra hazırki işə məhkəmədə baxılması davam etdirilə bilər. Buna görə də hazırki iddia baxılmamış saxlanılmalıdır. MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras qalmış əmlakın vərəsələr arasında bölünməsi, mirasın naturada bölünərək onun payına ayrılıb verilməsi və eçə köçmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-564/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-564/2024
09.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver