Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-566/2021 16.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X7 oğlunun iclas katibliyi, iddiaçı Yelobank ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Yelobank ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Yelobank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yelobank ASC- nin xeyrinə 23 oktyabr 2015-ci il tarixli, 12-SKMF-3-0-987-14 saylı kredit müqaviləsi üzrə banka 14900 manat məbləğində əsas borc, 2228.52 manat məbləğində faiz borcu, 5853.27 manat məbləğində cərimə və kredit müqaviləsi üzrə 30.10.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 1414.6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 24396.39 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 oğluna məxsus olan Bərdə rayon Mirzəxan Qaraqoyunlu kəndində yerləşən 2 otaqlı, 76.5 kv.m yaşayış, 36.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0.15 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına Yelobank ASC –yə ödənilməsi , satışdan əldə olunmuş vəsait qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 oğluna məxus Bərdə rayon Mirzəxan Qaraqoyunlu kəndində yerləşən 2 otaqlı, 76.5 kv.m yaşayış, 36.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0.15 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1 , Cavabdeh4 Bərdə rayon Mirzəxan Qaraqoyunlu kəndində yerləşən 2 otaqlı, 76.5 kv.m yaşayış, 36.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0.15 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi , Cavabdeh1, X1 , Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları , həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Yelobank ASC-nin nümayəndəsi X4 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, Cavabdeh1 oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir. 23 oktyabr 2015-ci il tarixli, 12-SKMF-3-0-987-14 saylı kredit müqaviləsinin surətindən görünür ki, Yelobank ASC tərəfindən Cavabdeh1 oğluna 36 ay müddətinə, 12 ay güzəşt dövrü müəyyən edilməklə illik 6% olmaqla heyvandarlığın inkişafı məqsədi ilə 15000 AZN məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Məhkəmə hesab edir ki, iddiaçı Yelobank ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Yelobank ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-566/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-566/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver