Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-644/2021 07.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı “qohumluq münasibətinin müəyyən edilməsi ” barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Şatırlı kənd İƏD –nin Qazaxlar kənd sakini 1920-ci ildə anadan olmuş , 16.04.2007-ci ildə həmin kəndə vəfat etmiş X3 və Bərdə rayonu Şatırlı kənd İƏD –nin Qazaxlar kənd sakini , 1918-ci ildə anadan olmuş 11 fevral 1999-cu ildə həmin kənddə vəfat etmiş X2 doğma bacılar olmaqla X1 onun xalası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi hazırkı tələblə bağlı müvafiq orqana müraciət etməmiş, həmçinin müvafiq orqan tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənədi ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı “qohumluq münasibətinin müəyyən edilməsi ” barədə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” mət Mərkəzində Notariat ofisinə qarşı “qohumluq münasibətinin müəyyən edilməsi ” barədə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-644/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-644/2021
07.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver