Məhkəmə qərarları › İş №2(021)-734/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-734/2021

21.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-734/2021 21.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh Bağı oğlu və DƏDRX-nin 7 saylı Ərazi İdarəsi qarşı “satılmış torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X2 məhkəməyə cavabdehlər Cavabdeh Bağı oğlu və DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə qarşı ərizə verərək ona və ailə üzvülərinə verilmiş 3.20 ha pay torpaq sahəsindən alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bağı oğluna satdığı 1.5 ha torpaq sahəsinin sərhədlərinin tanıdılması və həmin torpaq sahəsinə mülkiyyət müəyyən edən sənədlərin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, hazırkı iddia tələbindən görünür ki, iddiaçı məhkəmədən cavabdeh inzibati orqanın üzərinə mülkiyyət hüququnu müəyən edən sənədlərin verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanın üzərinə müəyyən hərəkətlər edilməsi vəzifəsinin qoyulması ilə bağlı iddialara rayon (şəhər) məhkəmələrində deyil, müvafiq inzibati-iqtisadi məhkəmələrdə baxılmalıdır. Bundan başqa, iddiaçı torpaq sahəsinin tanıdılması ilə əlaqədar olaraq Kadastr və Ünvan Reyestri Xidmətinə müraciət etməli, torpaq sahəsinin naturada tanıdılmasından imtina edildiyi halda isə qeyd olunan təşkilatın hərəkətləri barədə müvafiq İnzibati Məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh Bağı oğlu və DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə qarşı “satılmış torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh Bağı oğlu və DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə qarşı “satılmış torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar