Məhkəmə qərarları › İş №2(021)-735/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-735/2021

10.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-735/2021 10.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Məhəmmədədli qızının iştrakı ilə İddiaçı Məhəmmədədli qızının Cavabdeh1 qarşı “torpaqdan çıxarma, torpaqdan istifadə hüququnun tanınması və icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Məhəmmədədli qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Şatırlı kənd i.ə.d-nin Qazaxlar kəndi ərazisində yerləşən, 1998-ci ildən etibarən istifadəsində olan 0.5 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpağa istifadə hüququnun tanınması və həmin torpaq sahəsinin qanunla müəyyənləşdirilmiş qaydada istifadəsinə verilməsinin rəsmiləşdirilməsi üçün cavabdeh Bərdə rayonu Şatırlı kənd i.ə.d-nin Nazırlı bələdiyyəsinin üzərinə onunla icarə müqaviləsi bağlanması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək işə baxılmamış saxlanmasını və sənədlərin özünə qaytarılmasının xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı ilə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının ərizəsini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Məhəmmədədli qızının Cavabdeh1 qarşı “torpaqdan çıxarma, torpaqdan istifadə hüququnun tanınması və icarə müqaviləsi bağlanmasıöhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar