Məhkəmə qərarları › İş №2(021)-739/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-739/2021

21.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-739/2021 21.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu ərizəçi Bərdə rayonu Arabaçılar kəndində yaşayan Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə X5, X3 və X1 mülkiyyətinə verilmiş ümumilikdə 1,37 ha torpaq sahəsinin mərhum X3 və X2 miras qalmış hissəsinin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və sözügedən əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilmiş, Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət etsə də iddia ərizəsində özünü ərizəçi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə ərazi idarəsini və Bərdə regional “ASAN xidmət” mərkəzinin Notariat kontorunu maraqlı şəxs kimi göstərmiş, iddia ərizəsinə iddia tələbinin əsasını təşkil edən sübutlar yəni, miras əmlaka dair sənədlər əlavə edilməmişdir. Bundan başqa Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.7-ci maddələrinin tələblərinə əməl etməyərək mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsini, yəni mirasın qəbul edilməsi ilə bağlı Bərdə regional “ASAN xidmət” mərkəzinin Notariat kontoruna müraciət etməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.0 və 150.0.7-ci maddələrinə əsasən ərizəyə maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Bu Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən iddiaçı iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pritenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Məhərrəm Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar