Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-744/2021 19.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hаkimi Əbilov Qamət Mehman оğlu Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı « borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü Bərdə rayonunda anadan olmuş və Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olmuş, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan Borclu 389 manat məbləğində əsas borcun, 70 manat cərimənin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Borclu 06.01.2020-ci il tarixli əşyanın alqı-satqı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dəyəri 479 manat olan Samsung A207 32 DS markalı mobil telefon almışdır,06.02.2020-ci il tarixdən başlayaraq hər ayın 6-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq hər ay 44 manat ödəniş etməli olduğu halda aylıq ödəniş etməmişdir. Aldığı malı 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdalıq edilsə də borcundan ödəniş etməmişdir. Odur ki, borcludan 389 manat məbləğində əsas borcun, 70 manat cərimənin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Borclu arasında bağlanmış 06.01.2020-ci il tarixli əşyanın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 479 manat olan Samsung A207 32 DS markalı mobil telefon əldə etmiş, həmin məbləği ödəniş cədvəlinə uyğun olaraq hər ay 44 manat ödəniş ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş 06.01.2021-ci il tarixli 0187/21 saylı maliyyə arayışından görünür ki, Borclu 06.01.2021-ci il tarixə qədər olan borcu 389 manat məbləğində əsas borc, 70 manat cərimə olmaqla, cəmi 459 manat təşkil edir. Ərizəyə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, kreditor məhkəməyə ərizə ilə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Ərizəyə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1989-cu il tarixdə Bərdə rayonunda anadan olmuş və Bərdə rayonu Mirzalıbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borclu üzərinə bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu tam qaytarmamışdır. Nəticədə öhdəliklərini kreditor qarşısında tam icra etməyən Borclu kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 389 manat məbləğində borcu (əsas) yaranmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 276.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa məhkəmə əmri verilə bilər. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Bundаn bаşqа MPM-in 119.1-ci mаddəsinə əsаsən iş üzrə ödənilmiş dövlət rüsumu dа bоrcluyа аid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1989-cu il təvəllüdlü Bərdə rayonunda anadan olmuş və Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olmuş, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan Borclu 389 manat məbləğində borc, 70 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-744/2021
Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-744/2021
19.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver