Məhkəmə qərarları › İş №2(021)-765/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-765/2021

22.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-765/2021 22.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu iddiaçı cavabdeh İsayeva Sumaya Musa qızının cavabdeh "QALA SİĞORTA" Açıq Səhmdar Cəmıyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtoqəza nəticəsində 08 yanvar 2020-ci il tarixdə xəsarət aldığı üçün ona dəymiş 2000 manat ziyanı Qala Sığortadan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsində cavabdeh Qala Sığortanın ünvanını Bərdə şəhəri, Koroğlu küçəsini qeyd etsə də işdə olan sənədlərdən müəyyən olunur ki, cavabdeh Qala Sığorta Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 B (Azadlıq prospekti və H.Vəzirov küçəsinin kəsişməsi) ünvanda yerləşir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia ərizəsinə iddia tələbinin əsasını təşkil edən sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh Qala Sığorta Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 B (Azadlıq prospekti və H.Vəzirov küçəsinin kəsişməsi) olduğundan, iddiaçı qeyd olunan iddia tələbi ilə bağlı Bakı şəhərNəsimi Rayon Məhkəmələrinə müraciət etməlidir. Bu səbəbdən iddiaçı X1 sığortanın ödənilməsi tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X1 sığortanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Məhərrəm Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar